İTV prezidentliyə namizədlərə DƏYİRMİ MASA

17:03 13-01-2024 | icon 308 | Siyasət
İTV prezidentliyə namizədlərə DƏYİRMİ MASA

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 7 fevral tarixli növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın yeri və vaxtının müəyyən olunması məsələsi müzakirə olunub.

 


Versus.az xəbər verir ki, bu məsələlər barədə MSK sədrinin müavini Rövzət Qasımov danışıb.

 


Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması 2024-cü il yanvarın 15-i başlanılır və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır.

 


Rövzət Qasımov nəzərə çatdırıb ki, İctimai Televiziyada həftəlik 3 saat ödənişsiz vaxt verilməlidir:


“MSK-nın müraciəti əsasında adətən, bundan 2 dəfə çox – 6 saat vaxt verilir. Bu il də bununla bağlı müvafiq olaraq müraciət ediləcək. Prezidentliyə namizədlərlə dünən görüş keçirilib, ödənişsiz efir vaxtı dəyirmi masa formatında olacaq. İctimai Televiziyada ödənişsiz efir vaxtı həftənin bazar ertəsi, çərşənbə və cümə günləri 1 saat olmaqla, saat 21.00-da başlayacaq”.
 

Növbədənkənar prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşatma komissiyası yaradılıb. Komissiyanın üzvləri MSK üzvləri Qabil Orucov, Fuad Cavadov, Almaz Qəhrəmanlı və MSK-nın Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli olub.
 

Püşkatma yanvarın 15-də saat 14.00-da MSK-nın binasında keçiriləcək.
 

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə aşağıda göstərilən media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

 
 

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- "Azərbaycan” qəzeti;

- "Xalq qəzeti”;

- "Respublika” qəzeti;

- "Bakinski raboçi” qəzeti.
 

Xatırladaq ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparacaq. Həmin namizədlər aşağıdakılardır:
 

İlham Əliyev – namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Fazil Mustafa – namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülüb;

Qüdrət Həsənquliyev – namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Elşad Musayev – namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Fuad Əliyev – namizədliyi özü tərəfindən irəli sürülüb;

Zahid Oruc - namizədliyi özü tərəfindən irəli sürülüb;

Razi Nurullayev – namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ