Azərbaycan Respublikasının Dövlət Gerbinin təsdiq olunmasının 31-ci ili

09:20 19-01-2024 | icon 263 | Siyasət
Azərbaycan Respublikasının Dövlət Gerbinin təsdiq olunmasının 31-ci ili

Bu gün Azərbaycan Respublikasının Dövlət Gerbinin təsdiq olunmasından 31 il ötür.

 

Versus.Az xatırladır ki, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə müstəqil dövlətimizin Dövlət Gerbi təsdiq edilib.

 

Azərbaycan Respublikasının Dövlət gerbində qalxan - azərbaycanlıların Şərq xalqlarından biri, Azərbaycanın özünümüdafiə qüdrətinə malik olduğunu, qalxanın üzərindəki dairəvi üç rəng - milli bayrağımızdakı simvolları (türklük, müasirlik, islam), səkkizguşəli ulduz əbədiyyət rəmzi olan Günəşi, alov - “Odlar Yurdu”nu - Azərbaycanı, palıd budaqları - milli hərbi qüdrətimizi, sünbül - Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan müqəddəs münasibətini, günəşin ağ rəngdə verilməsi isə Azərbaycan dövlətinin sülhsevərliyini, xalqımızın sülh, barış, əmin-amanlıq tərəfdarı olduğunu bildirməyə xidmət edir.

 

Azərbaycan Respublikasının Dövlət gerbində Azərbaycan milli dövlətçiliyinə, eləcə də milli ənənələrinə və ümumbəşəri dəyərlərə əsaslanan simvolikadan geniş istifadə olunub. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli Dövlət bayrağını bərpa və qəbul etməklə yanaşı, “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə élan olunması haqqında” (05.02.1991, №20-XII) xüsusi qərar da qəbul etmişdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

"Almaniyaya səfər məhsuldar keçdi"

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?