“YENİ NAXÇIVAN-ERMƏNİ MONASTRI”

11:31 28-02-2019 | icon 930 | Köşə
“YENİ NAXÇIVAN-ERMƏNİ MONASTRI”

...VƏ İNTİQAM PALLADİUMUNDAKI ÖLÜLƏR

 

 

 

İGİD TEYMURLU

 

2013-cü ildə ermənilər Moskvanın göbəyində "Yeni Naxçıvan-Erməni monastrı" tikib növbəti məkrli niyyətlərini həyata keçirmə yolunda daha bir addım atdılar. Və biz onda “Qələbə” meydanında iki gündən bir qurduğumuz taxta tribunalı intiqam palladiumunda öz siyasi və publisistik rituallarımızı icra etməkdəydik. Ölülər şəhərinin sakinləri özlərini diri kimi göstərib fani dünyanın ləzzətindən həzz alırdı. Sem dayılarının sovqatı bunların başını çeynəşməyə, didişməyə, bir-birini al qana qərq etməyə qarışdırmışdı. Erməni də öz konyakından vurub Naxçıvan sevdasıyla monastr tikirdi...

 

Versus.az saytına verdiyi müsahibədə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyir ki, "bu gün də o monastr fəaliyyətdədir. Monastr tikilən zaman buna ilk etiraz edən də mən olmuşam. Məndən sonra da Söyün Sadıqov"...

 

Fuad bəyin dediyinə görə, bildiyi qədərində başqa heç kimin buna etirazı olmayıb. O zamankı Ramiz Rzayev susub, indiki Polad Bülbüloğlu “dinmə, danışma, yat bala” deyib, diasporamızın başı biznes maraqlarına, Allahşükür Paşazadə həzrətlərinin başı da ərəbcə çərşənbənin nöqtələrini yerinə düzməyə qarışıb. Müxalif Ətimiz iylənib. Vətəndaş dövlət qarşısında Cavabdehlik və Məsuliyyət Hissini itiribmiş kimi davranaraq hər şeyi mövcud hakimiyyətin öhdəsinə buraxıb. Amma bizdən fərqli olaraq ermənilər başqa cür davranırdılar. Moskvada o monastrı tikən Ermənistan hakimiyyəti deyildi, erməni müxalif qüvvələrinin, erməni diasporasının, erməni vətəndaşlarının birgə fəaliyyəti nəticəsində bu monastr ərsəyə gəlib...

 

İndi də versus.az saytı monastr məsələsinə münasibətdə DAK həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının, ADP sədri Sərdar Cəlaloğlunun, siyasi ekspertlər Əlabbas Məhərrəmli və İlqar Altayın mövqeyini öyrənib, yerdə qalanlarsa deyəsən təzə badamburadılar, diblərinin bellənməyə, sulanmağa ehtiyacları var...

 

Pəki, qoy olsun. Görəlim, Sabir bəy nə söyləmiş. Onun da Allah köməyi olsun, siyasətçilərə xas olan ritorik cavabından başqa mən nəsə tazə bir sözə rast gəlmədim. Buna da min şükür. Sağ olsun. Yoxa nəhlət...

 

Qoy müxalifətçi "ana"lığa iddialı olan Əli aşiqləri, milli olmayan şura tərəfdarları, hərəkat qəhrəmanları, qərəz yerdə qalan 102 partiya da susmaqlarında olsunlar. Ayda bir dəfə "Məhsul" stadionuna toplaşıb taxta tribunalar üzərindən kiminsə ünvanına laflar yağdırsınlar. Guya ki, bu adamları Azərbaycanın maraqları düşündürür. Yalançıya Eldar Əzizovun icra hakimiyyətiylə Ramil Usubovun ürəyində vətən daşı gəzdirən polismenləri qənim olsun...

 

İtirilmiş torpaqların taxta tribunalar üzərindən laflar yağdırmaqla, monitor qarşısında oturub analizlər verməklə geri qaytarılmasına dair bircə tarixi misal çəkin, əfəndilər. 30 ildir ki, bu metodla cəmiyyətə unutqanlığı təlqin edirsiniz!

 

30 ildir ki, bu metodla cəmiyyətdə əyriyə düz, düzə əyri donu geyindirirsiniz!

 

30 ildir ki, “millət qan ağlayır” deyə-deyə özünüz kef içində yaşayırsınız!

 

30 ildir ki, övladlarınız elə ittiham etdiyiniz hakimiyyətin övladlarıyla eyni məkanı bölüşməkdədir!

 

30 ildir ki, “işləmirsiniz”, amma sizlə müqayisədə və guya müdafiəsinə qalxdığınız ürəyi də əllərinin içi kimi qabar-qabar olan sadə elektoratdan azı 30 dəfə gözəl yaşayırsınız!

 

Susursunuz, mücərrəd isimlərin ünvanına hədyanlar yağdırırsınız. Ya özünüz, ya da oğlanlarınız, qızlarınız xaricdə oturub milləti bir-birinə qarşı düşmən obrazında təqdim edirsiniz. Zamanı fövtə verib, erməniyə zaman qazandırırsınız. Siz bir-birinizi söyməkdəykən erməni dünyanın müxtəlif dillərində kitab yazıb paylayır, amma məmləkətdə, dünyada baş verənlərin “ASTAR”ından xəbərdar olmaq istəyən “ac, işsiz-gücsüz” sıravilərə sizlər yazdığınız kitabları belə 10 günlük yol puluna satırsınız...

 

Beləcə monastr da tikilir, toponimlər də dəyişdirilir...

Və günün birində məhz sizlərin ucbatınızdan fövtə verilən zaman faktorunu dünya birliyi gözümüzə soxub "BARIŞIN SUSUB SEYR ETDİYİNİZ REALLIQLA" deyəcək, Moskvada tikilən monastrdaca gorumuza lənətlər yağdıracaqlar...

 

Fuad Əliyev danışıb, “Söyün Sadıqov danışıb bu konuda”,  Sabir Rüstəmxanlı, Sərdar Cəlaloğlu, Əlabbas Məhərrəmli, İlqar Altay da danışdı...

 

Sizsə susursunuz... Susun, susun, ayıbınıza qısılmadan susun. Və bir də, “susmaq razılıq əlamətidir” deyir ALDP sədri...

 

Dediyiniz kimi, tutaq ki, “hakim partiya susur”. Axı onlar sizdən fərqli olaraq taxta tribunalar üzərinə çıxmırlar. Siz də bundan istifadə edib onları susan kimi cəmiyyətə təqdim edib haray-həşir qoparmaq üçün bunu bir vasitəyə çevirirsiniz, rəy formalaşdırırsınız…

 

Əfəndilər, müdafiə etdiyiniz ideologiya çərçivəsində əməkdaşlıqda bulunduğunuz hansı xarici dövlətin müxalifət partiyasını bizim dərdlərimizə şərik olmağa sövq edə bilmisiniz?

 

Amma HAKİMİYYƏT BUNA MİSAL OLARAQ Xocalı soyqırımını tanıyan ştatları, təşkilatları, qurumları adamın gözünə soxa bilər, ey milli olmayan şuranın həzrəti üləmaları...

 

Nədən Azərbaycan ziyalıları, adını "ana, radikal müxalifətçi"liyin bətninə süni yollarla yeridib, surroqat olaraq doğulan YURD aşiqləri, BU Yurdda olmayanlar, Qarabağ adıyla Qaradağda yurd salanlar, məscid tikib ev yıxanlar, Qarabağ kartını əlində "tuz" sanıb meydan sulayanlar belə məqamlarla bağlı ortaq məxrəcə gəlib yekdil rəyə söykənən bəyanatla çıxış etmir? Bunu da hakimiyyət qoymur?!

 

Gücüm DAK-a çatır, lap elə DAK-ın özünü də götürək. Nədən bütün siyasi partiyaları, cəhənnəm bala, lap dəvətnamə yoluyla bir yerə toplayıb ortaq mövqeli etiraz nümayiş etdirmək istiqamətində addım atılmayıb? Diasporanın tam əksər təşkilatlarına bir quş, başda Ağadadaş Kərimov kimilərə. Bunu da hakimiyyət qoymur?!

 

Bizim siyasətçilər problemlərimizin həlli məsələsinə də labirintdən çıxış yolu kimi, ritorikanın gücündən necə bəhrələnmək bacarığı kimi baxırlar. Alın Sem dayınızdan payınızı, şellənin özünüz üçün. Amma gələcək nəslə Sem dayı yox, zaman pay verəcək. O paya görə gələcək nəsillər sizin, bizim sümüklərimizi qəbirdən də olsa çıxarıb bizə lənətlər yağdıracaqlar – zamanı fövtə verdiyimizə görə. Və bu da monastrda deyil, itirilən illərə görə, erməni fitnəkarlığına susqunluğunuza görə açıq havada icra olunan ritual olacaq…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür