“AŞPA-nın qərarının insan hüquqları ilə əlaqəsi yoxdur”

12:18 31-01-2024 | icon 273 | Siyasət
“AŞPA-nın qərarının insan hüquqları ilə əlaqəsi yoxdur”

Turan Rzayev: "Rəsmi Bakının xarici siyasəti yenidən nəzərdən keçirməsi zəruridir"

 

"Nəticə etibarilə dost adlandıra biləcəyimiz üç ölkənin xəyanəti rəsmi Bakının xarici siyasətini yenidən nəzərdən keçirməsini zəruri edir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Turan Rzayev bildirib.

 

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar qəbul etməsi təşkilatın gerçək üzünü bir daha ortaya qoydu:

 

“AŞPA-nın sərgilədiyi mövqe Bakı üçün yad deyil. Ümumiyyətlə, rəsmi Bakı bu təşkilatdan ancaq ermənipərəst, islamofob münasibət görüb. Bu gün də vəziyyət dəyişməyib. Diqqətçəkən əsas məqam AŞPA-nın Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar qəbul edərkən dost, tərəfdaş saydığımız ölkələrin sərgilədiyi mövqedir. Xüsusilə Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin mövqeləri rəsmi Bakı üçün sözün əsl mənasında məyusedici oldu”.

 

T.Rzayev bildirib ki, AŞPA-nın qərarının insan hüquqları ilə əlaqəsi yoxdur. Bu, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı açıq qisas cəhdidir. Lakin dost bildiyimiz ölkələrin bu qisas cəhdinin bir parçası olması gözlənilməzdir:

 

“Bu üç ölkənin adını çəkməyim təsadüfi deyil: Birincisi, Gürcüstan, Ukrayna və Moldova separatizmdən əziyyət çəkən ölkələrdir. Bundan başqa, Gürcüstan 2008-ci ildə, Ukrayna isə illərdir Rusiya işğalına məruz qalır. Yəni hər üç ölkə həm separatizm, həm də işğal faktoru baxımdan Azərbaycana dəstək olmalı, həmrəylik göstərməli idi.

 

İkincisi, bu gün Azərbaycanın ayrı-ayrılıqda hər üç ölkə ilə yüksək səviyyədə münasibətləri var. Rəsmi Bakı Ukraynaya dəfələrlə yanacaq və humanitar yardım göndərib. Özü də bunu Rusiya faktoruna rəğmən edib. Gürcüstan, Moldovaya gəldikdə isə, Azərbaycan bu ölkələrə ucuz mavi qaz satır. Bir çox ölkələrə tətbiq edilən qaz tarifi bu ölkələrə edilmir.

 

Üçüncüsü, Ukrayna, Moldova və Gürcüstan Azərbaycanın da yer aldığı GUAM təşkilatının üzvləridir. Eyni təşkilatın üzvü olan ölkələrin AŞPA-da rəsmiu Bakını dəstəkləməməsi GUAM-dakı münasibətlər fonunda təəssüf doğurur. Onu da qeyd edim ki, 2024-cü ildə GUAM-a Azərbaycan sədrlik edir. Yəni Ukrayna, Moldova və Gürcüstan həm də GUAM təşkilatının hazırkı sədrinə arxadan zərbə vurdular. Şübhəsiz, bu vəziyyət GUAM-a təsirsiz ötüşməyəcək.

 

Nəticə etibarilə dost adlandıra biləcəyimiz üç ölkənin xəyanəti rəsmi Bakının xarici siyasətini yenidən nəzərdən keçirməsini zəruri edir. Düzdür, Azərbaycan bu məsələyə görə adıçəkilən ölkələrlə münasibətləri pisləşdirməyəcək, lakin bundan sonra atılacaq addımlarda sözügedən zərbə nəzərə alınacaq”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ