“Gənclər ölkəsinin gələcəyi olan gənclərin günüdür”

11:55 02-02-2024 | icon 527 | Siyasət
“Gənclər ölkəsinin gələcəyi olan gənclərin günüdür”

Könül İsmayılova: “Daim İlhamla irəli, Azərbaycan gəncləri!”

 

“2 Fevral gənclər ölkəsi Azərbaycanın gələcəyi olan gənclərin günüdür. Dövlətimizi etibar edə biləcəyimiz gənclər gələcəyimizdir. Birinci və ikinci Qarabağ müharibəsi zamanı məhz gənclərimiz vətən uğrunda özlərini fəda etdilər. Demək ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti ondan sonra da uğurla davam etdirilib”.

 

Versus.Az xəbər verir ki, bunu Gənclər Günü ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

2 Feval gününün Gənclər Günü kimi elan olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunun təsadüfi olmadığını qeyd edən K.İsmayılova bildirib ki, məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu:

 

“Dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişir və bu siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugünkü gəncliyə, daha dəqiq desəm, Prezident İlham Əliyevin gənclər siyasətinə nəzər yetirdikdə nələri görürük? Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub”.

 

K.İsmaylova vurulayıb ki, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir:

 

“Prezident İlham Əliyev də çıxışlarında vurğulayır ki, gənclər onlar üçün yaradılan bu imkanlardan istifadə etməlidirlər. Onlar öz gələcək həyatlarını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Necə ki, Vətən müharibəsi dövründə sosial şəbəkələrdə çox fəal oldular. Nəticədə müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir.

Gənclərimizdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə gəlincə, vətən müharibəsi, antiteror əməliyyatlarında bu istiqamətdə güclü təbliğat öz bəhrəsini vermiş oldu. Fikirlərimi Ulu Öndər Heydər Əliyevin 2 fevral 1996-cı ildə səsləndirdiyi sözlərlə tamamlamaq istəyirəm - “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.” Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Mən bütün Azərbaycan gəncliyini 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Daim İlhamla irəli, Azərbaycan gəncləri!”

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ