İki qurum birgə ağacəkmə aksiyası keçirib

18:17 05-03-2024 | icon 282 | Cəmiyyət
İki qurum birgə ağacəkmə aksiyası keçirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşlarının, Mərkəzin benefisiarları və “İnklüziv DOST” könüllülərinin, ekokönüllülərin iştirakı ilə paytaxtın Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

 

Versus.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova da iştirak edib.

 

Müşfiqabad qəsəbəsinin 1 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar – Eldar şamı, zeytun və sərv ağacları əkilib.

 

Ümumilikdə aksiyaya Mərkəzin həssas kateqoriyalara aid 30-dək benefisiarı, habelə 20-dən çox əməkdaşı və “İnklüziv DOST” könüllüləri qoşulub.

 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpası və artırılmasına töhfə verməkdir.

 

Tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Mərkəzin gerçəkləşdirdiyi 2-ci layihədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ