Sürücülərə XƏBƏRDARLIQ

10:34 07-03-2024 | icon 411 | Hadisə
Sürücülərə XƏBƏRDARLIQ

“Cəmiyyətdə yanlış fikir formalaşdırmayın”

 

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də bilavasitə avtoqəzaların baş verməsinə səbəb olan kobud qayda pozuntuları törədən şəxslərə qarşı mübarizə tədbirləri çərçivəsində cari ilin fevral ayı ərzində 1 090 şəxs sürücülük hüququ olmadan, 969 şəxs isə sərxoş halda avtomobil idarə etdiklərinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.

 

Bu barədə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, aparılmış təhlillər əsasında son zamanlar baş verən və ağır nəticələrə səbəb olan qəzaların əksəriyyətinin sürücülük hüququ olmayan şəxslər tərəfindən törədildiyi müəyyən edilib:

 

“Sürücülük hüququ olmadan avtomobil idarə edən və ağır nəticəli qəzaların baş verməsinə səbəb olan, yaxud kobud qayda pozuntuları törədən şəxslər, təəssüf ki, cəmiyyətdə sürücü intizamının aşağı olması barədə yanlış fikir formalaşmasına şərait yaradırlar. Nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmadan avtomobil idarə etmək qayda pozuntusu olmaqla yanaşı, təhlükəli əməldir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Daha 140 nəfər Füzuliyə qayıdır

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı