Yel çərşənbəsi qar gətirdi

13:43 12-03-2024 | icon 174 | Cəmiyyət
Yel çərşənbəsi qar gətirdi

Şamaxıda qarın hündürlüyü 30 santimetrə çatır

 

Ötən gün axşam saatlarından Şamaxı və İsmayıllıya yağmağa başlayan qar bu saatlarda da davam edir.

 

AZƏRTAC xəbər verir ki, yağan qar gecə saatlarında Şamaxı və İsmayıllının dağ kəndlərində daha da intensivləşib. Qar səbəbindən Şamaxı-Pirqulu avtomobil yolunda hərəkət çətinləşib. Ən çox qar hazırda Şamaxının Dəmirçi və ətraf kəndlərində müşahidə edilir. Yerli sakinlərin verdiyi məlumata görə, həmin kənddə qarın hündürlüyü 30 santimetrə çatır.

 

Hazırda Şamaxının şəhər mərkəzi də daxil olmaqla, bir çox kəndlərində qarın yağması davam edir. Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində avtomobillərin hərəkətində ciddi çətinlik qeydə alınmayıb.

 

İsmayıllının rayon mərkəzinə qar yağmasa da, bəzi kənd və qəsəbələrdə qarın hündürlüyü kifayət qədərdir. Belə ki, yerli sakinlərin sözlərinə görə, ucqar dağ kəndlərinə yağan qar bu saatlarda da davam edir. Rayonun Lahıc qəsəbəsində, Əhən, Burovdal və ətraf kəndlərdə qarın hündürlüyünün 20 santimetrə çatdığı bildirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR