Bakı xəstəxanalarından oğurluq

08:49 13-03-2024 | icon 282 | Hadisə
Bakı xəstəxanalarından oğurluq

Həkimlərin brilyant üzüyü, pulları, əl çantaları aparılıb

 

Bakının Yasamal rayonunda yerləşən xəstəxana və poliklinikalardan oğurluq edən şəxsə hökm oxunub. 

 

“Qaynarinfo”nun məlumatına görə, 1976-cı il təvəllüdlü Elvin Həsənov (ad-soyad şərti) Yasamal rayonunda yerləşən 19 saylı şəhər poliklinikasında, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində, Yasamal rayonu, Xəlil Rza küçəsində yerləşən 1 nömrəli Şəhər Dəri Zöhrəvi Dispanserində həkimlər və xidməti işçilərin otaqlarına daxil olaraq əl çantalarını oğurlayıb. 

 

Təqsirləndirilən şəxs oğurluğu xəstəxanalara pasiyent kimi daxil olmaqla törədib. O, 19 saylı şəhər poliklinikasında həkimin iş otağına daxil olaraq içərisində 400 manat nağd pul, 300 manat dəyərində 100 qramlıq qadın ətri, 80 manat dəyərində dodaq boyası, 150 manat dəyərində günəş eynəyi, 150 manat dəyərində pul kisəsi olan 600 manatlıq əl çantasını oğurlayıb.

 

1 nömrəli Şəhər Dəri Zöhrəvi Dispanserində xanım həkimin xidməti otağına qapının açıq olmasından istifadə etməklə saxlanc yerinə daxil olaraq, sonuncuya məxsus masanın yanına qoyulmuş içərisində 1000 manat pul olan 100 manat dəyərində əl çantasını aparıb.

 

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində tibb işçisinə məxsus içərisində 300 ABŞ dolları, 105 avro, 15 manat pul, 1000 manat dəyərində brilyant qaşlı 750 əyarlı qızıl üzük, 1 dəst 400 manat dəyərində 585 əyarlı qaşsız halqa formalı sırğa, 1 ədəd 200 manat dəyərində ətir, 1 ədəd 110 manat dəyərində kosmetika dəsti olan 190 manat dəyərində əl çantasını oğurlayıb. 

 

Məhkəmənin qərarı ilə Elvin Həsənov Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ