“Yazıda bir ittiham ünvanı da Nikol Paşinyandır”

18:20 30-03-2024 | icon 148 | Siyasət
“Yazıda bir ittiham ünvanı da Nikol Paşinyandır”

Cəmaləddin Quliyev: “Fransanın bu planının da iflas etdiyini təsbit etmək olar”

 

Fransa Yelisey sarayının tezisləri ilə işləyən “Le Fiqaro” qəzeti ilə Azərbaycana qarşı növbəti hücuma keçib. Qəzet Makronu ermənilərin taleyinə biganə yanaşmayan yeganə lider kimi təqdim edir. Təşəbbüslərinin nəticə vermədiyini və buna görə də məsuliyyəti Vatikanla ABŞ-ın üzərinə atmaqla nəyə nail olmağa çalışırlar?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən siyasi ekspert Cəmaləddin Quliyev maraqlı nüanslara diqqət çəkib. Bildirib ki, “Le Fiqaro” qəzetindəki yazı artıq azərbaycan KİV-lərinin haqlı olaraq qeyd etdikləri kimi Yelisey sarayın sızdırmasına daha çox bənzəyir və buna görə də Fransanın mövcud hakmiyyətinin mövqeyi kimi qəbul edilməlidir.

 

Ekspert qeyd edib ki, məlum yazıda Fransa, konkret halda Emmanuel Makron hökuməti ermənilərin yeganə himayədarı kimi təqdim olunur, yalnız Qərbin digər ölkələri, o cümlədən katolik xristianların din mərkəzi olan Vatikan deyil, Fransa daxilindəki digər siyasi qüvvələr də “erməni bəlalarında” suçlu elan olunur.

 

Yazıda bir ittiham ünvanının da Ermənistanın indiki baş naziri Nikol Paşinyan olduğunu vurğulayan C.Quliyevin fikrincə, bu, əslində Fransanın yürütdüyü siyasətin iflasa uğramasının etirafıdır:

 

“Bu, Fransanın indiki Paşinyan hökumətini zorla sülh gündəliyindən imtinaya məcbur etmək istəməsinin etirafıdır. Bu cəhdlər alınmayanda isə Paşinyan erməni xalqının taleyinə laqeyd olmaqda suçlanır. Roma papasından artıq katolik, Paşinyandan artıq erməni olmaq istəyən Makronun siyasətinin artıq Fransanı beynəlxalq nüfuzuna zərbə vurmasının, Fransanın təklənməsinin etirafıdır. Azərbaycan tərəfi separatizmin dəstəklənməsinin yanlış olduğunu, bunun həmin ölkələr üçün bumeranq effekti verə biləcəyini dəfələrlə vurğulayıb. Bu ayın II ongünlüyündə Makronun Korsika ilə bağlı səsləndirdiyi fikirlər bumeranq effektinin işə düşdüyünü təsdiqləyir. O, Korsikanın statusu ilə bağlı tələblərə baxılacağını demişdi. Az əvvəl isə Yeni Kaledoniyanın müstəqilliyini tələb edənlərin Azərbaycan bayrağı qaldırması ciddi hadisə idi”.

 

C.Quliyevin fikrincə, əgər Fransa Cənubi Qafqaz və Orta Asiyaya nüfuz etmək, Afrikada günü-gündən itirdiyi mövqelərini onun üçün yeni bir regionda möhkəmlənməklə kompensasiya etmək istəyirdisə, bu planın da iflas etdiyini təsbit etmək olar.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ