Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ

08:18 03-04-2024 | icon 237 | Dünya
Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ

Bir nəfər ölüb, 50 nəfər xəsarət alıb

 

Okinava adasının cənub-qərbində 7,7 bal gücündə zəlzələnin baş verməsi nəticəsində azı 1 nəfər ölüb, 50 nəfər yaralanıb.

 

Bu barədə “Reuters“ məlumat yayıb.

 

Bildirilib ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib.

 

Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olub.

 

Yapon meteoroloqlar ilk zəlzələnin maqnitudasını 7,5 bal həcmində hesablasa da, sonradan rəqəm 7,7-ə yüksəldilib.

 

Birinci zəlzələdən dərhal sonra 6,6 bal gücündə ikinci zəlzələ baş verib.

 

Daha sonra Tayvanın şərqində maqnitudası 5,4-ə qədər olan daha dörd zəlzələ qeydə alınıb.

 

Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, maqnitudası 6,5-ə çatan 40-a yaxın afterşok qeydə alınıb.

 

Tayvanın Mərkəzi Xəbər Agentliyi seysmoloqlara istinadən xəbərdarlıq edib ki, yaxın günlərdə Tayvan yaxınlığında 7,0 bal gücündə zəlzələlər baş verə bilər.

 

İlk yeraltı təkanlardan təxminən 15 dəqiqə sonra “NHK” telekanalı sunaminin Tayvan sahillərindəki Yonaquni adasına çatdığını bildirib. Tayvanın Hualien şəhərində isə bir neçə bina dağılıb, 87 mindən çox ev güclü zəlzələdən sonra işıqsız qalıb, Quançjouda qatarların hərəkəti dayandırılıb.


Yapon meteoroloqları daha sonra sunaminin İşigaki adasının sahillərinə çatdığını vurğulayıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır