Gimnastika üzrə çempionatın qalibi sevincini bölüşdü

06:53 05-04-2024 | icon 143 | İdman
Gimnastika üzrə çempionatın qalibi sevincini bölüşdü

“Qazandığım medal xoş emosiyalar gətirdi”

 

“Yarış çox yaxşı keçdi, qazandığım medal mənə ən xoş emosiyalar gətirdi”.

 

Bu barədə Trend.az-a “Ocaq Sport” klubunun bədii gimnastika üzrə IV Açıq Çempionatının gümüş mükafatçısı Lalə Heydərli deyib.

 

Gimnastımız 2016-cı il təvəllüdlü iştirakçılar arasında alətsiz hərəkətlər proqramında (C kateqoriyası) ikinci yeri tutub.

 

“Bu gün yaxşı çıxış etdim, məşqçi məni təriflədi. Medal qazanmağım çox xoşdur, çünki yarışda çoxlu iştirakçı var idi və hamısı çempionata yaxşı hazırlaşmışdılar”, - deyə “Ocaq Sport” klubunun nümayəndəsi qeyd edib.

 

Gimnastın qeyd edib ki, çempionatın gözəl ab-havası var:

 

“Hamımızın gimnastika sevgisi var. Çempionat dostluq şəraitində keçir və bizdə müsbət təəssürat yaradır”.

 

Qeyd edək ki, aprelin dördü və altısında “Ocaq Sport” klubunun bədii gimnastika üzrə IV Açıq Çempionatı keçirilir. Yarışda 180-dən çox gimnast iştirak edir.

 

Yarışlarda “Ocaq Sport” klubunun təmsilçiləri ilə yanaşı, ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdmanı Sarayı, və Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, “Ocaq Sport” klubunun Hövsan bölməsi və Şağan Olimpiya İdman Kompleksinin yetirmələri də iştirak edirlər.

 

Yarışlar bir neçə yaş kateqoriyasında keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK