“Yaşı 60-ı ötmüş şəhid valideynləri evlə təmin olunmalıdır”

18:57 05-04-2024 | icon 261 | Cəmiyyət
“Yaşı 60-ı ötmüş şəhid valideynləri evlə təmin olunmalıdır”

Razi Nurullayev: "Dövlət Şəhid ailələri qarşısındakı borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir”


“Birinci Qarabağ müharibəsində şəhid verən yüzlərlə ailə hələ də evlə təmin edilməyib. Onların xeyli hissəsi ilə görüşmüşəm. Son bir ildə görüşdüyüm şəhid ata və analarından bir neçəsi dünyasını dəyişib və onlar evlə təmin edilə bilmədilər”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bildirib.

 

Deputat qeyd edib ki, qeyd etdiyi şəhid valideynlərinin 70-87 arası yaşları var, xəstə, əldən düşmüş, qocalıqdan belləri bükülmüş, bir çoxları yatağa məhkum olub:

 

“Bu şəxslər dünyasını dəyişəndən sonra ailə ev almaq və şəhid statusu hüququnu itirir. Hesab edirəm ki, bütün Azərbaycan üzrə yaşı 60-dan ötmüş şəhid ata və anaları təxirəsalınmadan evlə təmin olunmalıdır. Yaşlı, xəstə şəhid valideynlərinin evlə təminatı önə salınmalı və dövlət Şəhid ailələri qarşısında olan borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır