"Terrorun birbaşa subyekti olan Ermənistan yeni cinayətlərə təhrik edilir"

19:15 05-04-2024 | icon 140 | Siyasət
"Terrorun birbaşa subyekti olan Ermənistan yeni cinayətlərə təhrik edilir"

Bəhruz Məhərrəmov: “Azərbaycan mədəni irsinə yönəli terrora məruz qalmasına qlobal miqyasda lazimi diqqət göstərilmir”

 

“Mədəni mülkiyyətin müharibələr dövründə qorunması müasir beynəlxalq hüququn, həmçinin müasir beynəlxalq humanitar hüququn qarşısında dayanan əsas vəzifələrdən biridir. Mədəni irsin münaqişələr zamanı qorunması ilə bağlı məsələlər xüsusi beynəlxalq sazişlə, 1954-cü il Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Beynəlxalq Haaqa Konvensiyası ilə tənzimlənir. Cari layihə ilə məhz bu konvensiyanın II protokolunun milli qanunvericiliyə daxil olunmasına nail olmaqla Azərbaycan bir daha beynəlxlaq hüquqa sədaqətini ifadə edir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” haqqında qanunun müzakirəsi zamanı bildirib.

 

B.Məhərrəmov qeyd edib ki, Konvensiyanın ilk maddəsinə əsasən, xalqın mədəni irsində xüsusi rolu olan, əhəmiyyəti olan bütün daşınar və daşınmaz mülkiyyət, həmçinin onların yerləşdiyi mərkəzlər, eləcə də daşınar mülkiyyətin saxlandığı binalar, məsələn muzeylər, kitabxanalar, bunlar mədəni mülkiyyət nümunələri hesab olunur və qorunmalıdır:

 

“Amma bütün dünyanın gözü qarşısında beynəlxalq humanitar hüquq qaydalarına zidd olaraq, istər Birinci Qarabağ, istər İkinci Qarabağ münaqişəsi dövründə Şərqi Zəngəzurda və Qarabağda çoxsaylı mədəni irs nümunələri vandalizm aktına məruz qalıb, bir çoxu işğal dövründə qəsdən tamamilə dağıdılıb. Eyni zamanda bu gün Azərbaycanın başladığı quruculuq-bərpa prosesi, mədəni nümunələrimizi də əhatələyir. Amma həmin ərazilərin minalanması həm bərpa prosesinə maneə olur, eyni zamanda mina partlayışları tarixi abidələrin çox ciddi zərər görməsi, bir çox hallarda dağıdılması ilə nəticələnir”.

 

Deputat bir müddət öncə Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşündə Azərbaycanın təşəbbüsü ilə minaların mədəni irsə təsiri mövzusunda qətnamənin qəbul edildiyini xatırladıb. Qeyd edib ki, hələ də Azərbaycan mədəni irsinə yönəli terrora məruz qalmasına qlobal miqyasda lazimi diqqət göstərilmir. Əksinə, bu terrorun birbaşa subyekti olan Ermənistana həm aidiyyatı ixtisaslaşdırılmış təsisatlar, həm bir qrup Qərb subyekti tərəfindən yeni cinayətlərə təhrik edilir.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır