“Ermənistana dəstək vermək üçün vəsaitləri varsa, təzminatı ödəsinlər”

19:38 05-04-2024 | icon 179 | Siyasət
“Ermənistana dəstək vermək üçün vəsaitləri varsa, təzminatı ödəsinlər”

Əli Məsimli: “Brüssel görüşü regionda sülhə xidmət edən görüş deyil"

 

“Brüssel görüşü regionda sülhə, əminəmanlığa xidmət edən görüş deyil. Brüssel görüşünün məzmunu göstərir ki, uzun illər erməni faşizminin arxasında duran qüvvələr bu gün də bölgədə gərginliyin qalmasında maraqlıdır.”

 

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Əli Mənsimli bildirib.
Deputat qeyd edib ki, 44 günlük müharibə, 1 günlük antiterror tədbirlərinin nəticələri göstərdi ki, bir çox dövlətlər Cənubi Qafqazda hegemonluq etmək üçün erməni faktorundan istifadə edib bölgədə gərginlik, münaqişə yaratmasaydılar ərazilərimiz bu qədər dağıntilara məruz qalmazdı.
“Əgər Avropa Birliyinin, ABŞ-ın Ermənistana dəstək vermək üçün böyük vəsaitləri varsa, Azərbaycana 100 milyardalara ziyan vuran Ermənistanın əvəzinə təzminatı ödəsinlər. Əgər səmimidirlərsə erməni işğalı nəticəsində dağıdılmış ərazilərin bərpasına dəstək versinlər, əgər səmimidirlərsə, mina xəritələrini Azərbaycan təqdim etsinlər, “Qafqaz evi” modelini fikirdə deyil, əməldə təsdiqləsinlər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Daha 140 nəfər Füzuliyə qayıdır

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı