İstanbul nəhəngi seçim qarşısında

14:53 06-04-2024 | icon 256 | İdman
İstanbul nəhəngi seçim qarşısında

“Borussiya”nın məşqçisi yoxsa, Qurban Qurbanov?

 

“Beşiktaş”ın baş məşqçisi Fernando Santosun klubda gələcəyi sual altına alınıb. Son dörd oyunda üç məğlubiyyət, bir heç-heçə edən “qara qartal” həm azarkeşləri, həm də rəhbərliyi hiddətləndirib.

 

Santos bura layihə üçün gəldiyini, “Beşiktaş”ın növbəti mövsümünü planlaşdırdığını desə də, hazırda rəhbərliyin ona olan güvəni tamamilə azalıb. Mövsümün sonunda portuqaliyalı məşqçiyə əvəzləyici axtarışına başlanılıb. Klub Fernando Santosla ən geci mayda yollarını ayıracaq.

 

“Beşiktaş”da Fernando Santosun yerinə baş məşqçi postuna iki namizəd önə çıxır. Bunlardan birincisi Bundesliqa təmsilçisi Dortmund “Borussiya”sının məşqçisi və mövsümün sonunda Almaniya komandasını tərk edəcəyi gözlənilən Edin Terziçdir.

 

Namizədlərdən digəri isə “Qarabağ”da və Azərbaycan futbolunda iz qoyan, Avropada adından söz etdirən 51 yaşlı azərbaycanlı məşqçi Qurban Qurbanovdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR