Ermənistan və Avropol saziş imzaladılar

13:50 08-04-2024 | icon 325 | Dünya
Ermənistan və Avropol saziş imzaladılar

İrəvan təmsilçisi məxfi məlumat bazasına çıxış əldə edəcək

 

Ermənistan və Avropol (Avropa İttifaqının Hüquq Mühafizəsi sahəsi üzrə Əməkdaşlıq Agentliyi - red.) hüquq-mühafizə orqanları sahəsində əməkdaşlığı gücləndirəcək və İrəvan bu strukturda əlaqələndirici şəxs təyin edəcək.

 

Bu sözləri Ermənistan daxili işlər nazirinin müavini Arpine Sarkisyan parlamentin müdafiə və təhlükəsizlik üzrə komissiyasının iclasında Ermənistan nazirliyi ilə Avropol arasında imzalanmış sazişi təqdim edərkən deyib.

 

Saziş transmilli cinayətlər, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi, əmlakın qeyri-qanuni mənimsənilməsi, kibercinayətlər, çirkli pulların yuyulması, insan alveri və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlib.

 

Saziş çərçivəsində Ermənistan Avropolda əlaqələndirici zabit təyin edəcək. Ermənistan təmsilçisinin Niderlandda iqamətgahı olacaq və Avropolun məxfi məlumat bazasına çıxış imkanı olacaq. Zabit Ermənistan və Aİ hüquq-mühafizə orqanları arasında daimi dialoqu təmin edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

"Almaniyaya səfər məhsuldar keçdi"

Rektor yubiley medalı ilə təltif edildi