Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

11:03 18-04-2024 | icon 267 | Siyasət
Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Könül İsmayılova: “Bu, Azərbaycan dövlətinin xarici siyasətinin uğurudur”

 

“Rusiya Ermənistanla gərgin münsibətlər fonunda Azərbaycandakı sülhməramlıları ehtiyat qüvvə kimi saxlamışdı. Antiterror tədbirləri və ermənilərin Qarabağdan çıxıb getməsindən sonra bu missiyanın qalmasının heç bir əhəmiyyəti qalmadı”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiya sülhməramlılarının Azərbaycandan çıxmağa başlaması ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Könül İsmayılova qeyd edib ki, sülhməramlı kontingeti Azərbaycanda müvəqqəti idi deyə, çıxması gözlənilən idi. Sadəcə olaraq gözlənildiyindən tez çıxırlar ki, bu da sevindiricidir:

 

“Bu, Azərbaycanın xarici siyasət sahəsində mövqelərini gücləndirir və daha qətiyyətli addımlar atmağı imkanlar yaradır. Fikrimcə, sülhyaradıcı missiyanın ərazilərimizdən çıxması Qərbin özündə də Azərbaycana qarşı münasibətlərin dəyişməsnə imkan yarada bilər”.

 

Könül xanım onu da vurğulayıb ki, bölgədə hər hansı müharibə gözlənilmir. Onun sözlərinə görə, onsuz da sülhməramlı missiyanın sərhəddə mövqe tutması mümkün deyil:

 

“Sülhməramlılar yavaş-yavaş Azərbaycan ərazilərindən çıxarılır. Hesab edirəm ki, Rusiya Xocalı ərazisində yerləşən texnikalarını da çıxaracaqlar. Hazırda çıxarılma prosesi aktiv fazadadır. Ehtimal olunur ki, sülhməramlıların Azərbaycandan çıxması prosesi 2025-ci ilin noyabrına qədər yekunlaşacaq”.

 

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR