Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI

16:21 19-04-2024 | icon 234 | Şou-biznes
Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI

“Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında Qorqudun ifasında “Bridges in the dark” mahnısının təqdimatı keçirilib. Bu ifa “Avroviziya 2024” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün təqdim edilən 6 namizəddən biri idi.

 

Bridges in the dark - qaranlığa işıq saçan sönməyən ümidlər haqda bir balladadır. Mahnıda sevgi – ölçüsündən asılı olmayaraq hər körpünü aşa bilmə bacarığı, bu arzu üçün çırpınmağa qanadlandıran əsas ilham mənbəyidir. Sözləri həyatda qovuşa bilməyənlərin ömründə körpülərə çevrilən insanların olmasından bəhs edir.

 

Mahnının bəstəsi Qorquda, sözləri Nurlana Cəfərovaya aiddir. Aranjiman Əzim Qarayev və Rüstəm Rzayev, səs rejissoru Rüstəm Rzayev, bekvokal prodüseri Mila Miles, bekvokalı ifa edir Mado Salikh.

 

Layihənin rəhbəri Nurlana Cəfərovadır. Quruluşcu operator və dron operatoru Faiq Şirinbəyli, operator Zeynal Əkbər, montaj və rəng korreksiyası Rəşad Həsənov, operator assistenti Ramin Ağayev, stilist Şamxal Ramazanlı, qrim Em Adgezalli, rəqqaslar “Nero Dance Crew” - Kamil Bayramov və Sara İsmayılova.

 

Qeyd etmək istərdik ki, Qorqud (Elvin Novruzov) 1992-ci ildə, Gəncə şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olur.

 

2015-ci ildə Azərbaycanda ilk dəfə keçirilən lisenziyalı “The Voice of Azerbaijan” layihəsinə qatılaraq, yarımfinaladək yüksəlib.

 

2016-ci ildə öz yeni “Hypnotize” adlı mahnısını Ukraynanın Perşi kanalının yeni il efirində təqdim edib.

 

2018-ci ildə “Dərdverən”, “Qalib ol” adlı mahnıları işıq üzü görüb.

 

2019-cu ildə Gürcüstanda keçirilən “Wonderland Georgia Song Fest” adlı musiqi festivalında vokal üzrə 1-ci yeri tutub.

 

Həmin ildə “Qış Nağılı” filminin “Nağıllar” adlı əsas soudtrack-ini bəstələyib.

 

2020-ci ildə “Evim Sənsən” adlı növbəti mahnısını reliz edib.

 

2022-ci ildə QORQUD səhnə adına keçid edərək, yeni həyatında böyük rol oynayan “Bağışla” adlı mahnısını təqdim etdi. Həmin ildə “Baxma” adlı başqa bir mahnısı da işıq üzü gördü.

 

2023-cü ildə Aygün Kazımovanın “Qoy işığı söndürüm” mahnısını Nərmin Kərimbəyova ilə yenidən ifa edib.

 

Həmin ildə Azərbaycanı Belarusiyada keçirilən «Славянский Базар» adlı musiqi festivalında təmsil edib.

 

Ümid edirik ki, Qorqud bundan sonra da yaradıcılığı ilə bizi sevindirəcək.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Jurnalistlərə psixoloji təlim keçirilib

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır