Hərbçilərin olduğu təyyarə qəzaya uğrayıb
Venesuelanın şərqində yerləşən Bolivar ştatında "Cessna 206" modelli yüngül təyyarə qəzaya uğrayıb.
Versus.Az-ın "TASS"a istinadən verdiyi məlumata görə, Qran-Sabana rayonunda qəzaya uğrayan təyyarənin göyərtəsində Venesuela Silahlı Qüvvələrinin 3 polkovniki və bir serjantı olub.
Məlumata əsasən, hələlik hərbçilər arasında sağ qalanların olub-olmaması məlum deyil.
Təyyarənin qəzaya uğramasının səbəbi barədə məlumat verilmir. Qəzanın baş verməsi barədə rəsmi məlumat yayılmayıb.
Xəbər lenti
Uşaqların siqaret çəkməsi ilə bağlı ciddi XƏBƏRDARLIQ
Satış yerlərinin məhdudlaşdırılmasını və aromatizatorların...