Xaricə tələbə göndərən rəhbərin cinayət işi

11:29 28-03-2019 | icon 722 | Hadisə
Xaricə tələbə göndərən rəhbərin cinayət işi

 

"Azərbaycanda Amerika Məktəbi” ("American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri hakim qarşısına çıxarılıb.

Versus.Az "Musavat"-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qanunsuz sahibkarlıqda təqsirləndirilən Elvin Məmmədzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xatırladaq ki, E.Məmmədzadə Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb.

Məlumata görə, ABŞ səfirliyinin yaxınlığında, Azadlıq prospektində yerləşən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri E.Məmmədzadə son 2 il ərzində ABŞ-da xarici dil kurslarına göndərmək vədi ilə onlarla insanı aldatmaqda ittiham olunur.

Bu iş üzrə 100-ə yaxın zərərçəkmiş şəxs var.

Məhkəmə iclası aprelin 2-də davam etdiriləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı