"Roma"dan Çingiz Ünderlə bağlı şok qərar

17:08 06-04-2019 | icon 506 | İdman
"Roma"dan Çingiz Ünderlə bağlı şok qərar

"Roma" rəhbərliyi Çingiz Ünderlə bağlı gözlənilməz qərar qəbul edib.

Versus.Az fanat.az-a istinadən xəbər verir ki, İtaliya klubu türk futbolçunun adını satış siyahısına daxil edib. "Roma" Çingizin transfer qiymətini də müəyyənləşdirib. 21 yaşlı hücumçu 40 milyon avroya satılacaq.

Ünderin gənc yaşına rəğmən komandanın aparıcı futbolçularından birinə çevirilməsinə və böyük gələcək vəd etməsinə rəğmən transferə çıxarılmasanın səbəbi UEFA-nın "Maliyyə Fair-Playı" qaydalarıdı. Komanda A Seriyasının 7-ci pilləsində qərarlaşıb və Çempionlar Liqasına qatılmamaq təhlükəsi var. Bu baş versə, paytaxt təmsilçisinin gəlirləri azalacaq və UEFA ilə problemlər yaranacaq. "Roma" onu satmaqla büdcədəki boşluğu doldurmaq istəyir.

Qeyd edək ki, 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya alınan 21 yaşlı şücumçunun 2022-ci ilədək müqaviləsi var. Bir müddət zədəli olan türk futbolçu cari mövsümdə 27 oyuna çıxaraq 6 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt"ın 35 milyon avro qiymət qoyduğu Çingizi "Çelsi", "Arsenal" və "Bavariya"nın istədiyi deyilir. Hətta onun "Real"ın baş məşqçisi Zinəddin Zidanın transfer siyahısına düşdüyü də iddia olunur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür