İzmirdə Heydər Əliyev adına park və abidənin açılışı olub

21:35 05-03-2018 | icon 605 | Siyasət
İzmirdə Heydər Əliyev adına park və abidənin açılışı olub

Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonunda ümummilli lider Heydər Əliyevin adına salınmış parkın və abidənin açılışı olub.

Qardaş qonşu ölkənin və Azərbaycanın hökumət nümayəndələrinin qatıldığı mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib, ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Versus.az-ın məlumatına görə, Karşıyaka bələdiyyəsinin sədri Hüseyn Mutlu Akpınar Bakının qardaş şəhəri İzmirdə ümummilli liderin adına parkın açılmasını tarixi hadisə adlandırıb.

O, deyib ki, Türkiyənin qurucusu Mustafa Kamal Atatürkun ən çox sevdiyi və ömrünün çox hissəsini keçirdiyi bu şəhərdə dahi şəxsiyyət Heydər Əliyevin də adının əbədiləşdirilməsi türk dünyasının hər iki şəxsiyyətinə verdiyi ən böyük dəyərdir.

Karşıyaka kaymakamı Sadettin Yücel də çıxışında belə bir abidənin və parkın açılmasının böyük əhəmiyyətindən danışıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev, millət vəkilləri  Qənirə Paşayeva və Sona Əliyeva çıxışlarında çağdaş Azərbaycanın qurucusu Heydər Əliyevin keçdiyi çətin və keşməkeşli həyat yolundan, apardığı mübarizələrdən danışıblar. Çıxışlarda həmçinin Heydər Əliyevin İzmirlə bağlı maraqlı xatirələrindən bəhs edilib.

Layihənin həyata keçirilməsinin təşkilatçılarından olan İzmir Azerbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Mülazim Paşa da  ümummilli lider Heydər Əliyevin adına salınmış parkın və abidənin İzmir Karşıyakada açılmasının bir millət, iki dövlət birliyi üçün çox önəmli olduğunu xüsusi vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?