Qərbi Kaspi Universitetində daha bir elmi konfrans keçirilib

13:15 24-04-2019 | icon 437 | Təhsil
Qərbi Kaspi Universitetində daha bir elmi konfrans keçirilib

Qərbi Kaspi Universitetində “Xalqın keçmiş tarixi, etnogenezi, sosial əlaqələrinin öyrənilməsində onomastik vahidlər” mövzusunda Respublika elmi konfransı keçirilib.

Versus.Az -ın məlumatına görə, konfransa Qərbi Kaspi Universiteti ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA Nəsimi adına Dilçilik və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitututları, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Heydər Əliyev adına AAHM, Sumqayıt Dövlət Universitetinin mütəxəssisləri, tədiqatçıları qatılıb.

Konfarnsın açılışında çıxış edən Qərbi Kaspi Universitetinin rektoru, professor Andres Leitas universitetin müxtəlif elm sahələri üzrə tədiqatların aparılmasına xüsusi diqqət yetirdiyini qeyd edib: “Universitetin intellektual bazasını elmi tədqiqata yönləndirməyi düşünürük. Məqsədimiz yüksək səviyyəli təhsil standartlarını qorumaq və şaxələndirməklə yanaşı nəinki regionda, bütün dünyada tanınan nüfuzlu tədqiqat universitetinə çevrilməkdir”.

A.Leitas universitetin son illərdə həyata keçirdiyi proqramlar barədə məlumat verib, yeni qurulan unikal laboratoriya və mərkəzlərin tələbələrin daha yüksək keyfiyyətli təhsil almaq, praktik biliklərə yiyələnmək baxımından əhəmiyyətini qeyd edib.

 

Daha sonra çıxış edən filologiya elmləri doktoru Sevinc Əliyeva, filologiya elmləri doktoru, professor Lalə Quliyeva, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və başqaları konfransın əhəmiyyətinə toxunub, Qərbi Kaspi Universitetinin elmin aktual istiqaməti üzrə tədqiqatçıları bir araya gətirməsinin yeni tədqiqatlara yol açacağına əmin olduqlarını bildiriblər.

Daha sonra konfrans işini plenar iclaslarda davam etdirib, mövzu ilə bağlı məruzələr dinlənilib.

Konfransda onomastik vahidlər, onların xalqın tarixindəki rolu, qədim abidələrin dilindəki onomastik vahidlər, onomastik vahidlərin poetik-üslubi xüsusiyyətləri, onomastik normalar haqqında, yazıçı və şairlərin əsərlərindəki onomastik vahidlər, onomalogiyanın nəzəri əsasları, onomastik mənbələrin xarakteristikası və s. mövzular ətrafında müzakirələr aparılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?