"Ermənilər Dağlıq Qarabağda qısa müddət ərzində yaşadıqlarına dair sübutları məhv edirlər"

07:12 04-05-2019 | icon 445 | Gündəm
"Ermənilər Dağlıq Qarabağda qısa müddət ərzində yaşadıqlarına dair sübutları məhv edirlər"

Erməni qüvvələri etnik təmizləməyə bəraət qazandırmaq məqsədi ilə vaxtilə çiçəklənən mədəniyyətin bütün sübutlarını məhv edir.

 

Versus.Az xəbərverir ki, bu barədə "Jewish Journal"da dərc olunan məqalədə deyilir.

 

Məqalədə qeyd olunur ki, 1990-cı illərin əvvəllərindən başlayaraq, Ermənistan qanunsuz hərbi işğalı pisləyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və Azərbaycanın suverenliyinin beynəlxalq səviyyədə tanınmasına baxmayaraq Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal edib:

"800 mindən çox azərbaycanlı mülki şəxs, o cümlədən, mən və bütün ailə üzvlərim, bir çox əsrlər ərzində yaşadığımız evlər və torpaqlardan qovulmuşuq. Mən və qardaşım əsir düşmüşük və erməni düşərgələrində dəhşətli qəddarlıq və işgəncələrə məruz qalmışıq”.

 

Müəlif qeyd edir ki, etnik təmizləmədən sonra işğalçı ermənilər azərbaycanlıların orada yaşamasını təsdiq edən izlərini aradan qaldırmaq cəhdinə əl atıb:

“Bu da çox xoşagəlməz addımdır, çünki Dağlıq Qarabağ Azərbaycanın poeziya, musiqi və mədəniyyət beşiyidir. Azərbaycan mədəniyyətinin məhv edilməsini regionda neytral isveçrəli jurnalist Andre Vidmer izləyib”.

 

Məqalədə qeyd olunur ki, işğal altında olan 50 min azərbaycanlının yaşadığı Ağdam şəhərinə 2010-cu ildə ziyarətindən sonra Vidmer yazıb ki, işğalçılar şəhəri qarət etməyə və yer üzündən silməyə davam edir:

“Bəli, hər bir münaqişədə məhvetməyə dair rəqabət edən iddialar var. Erməni hakimiyyəti Culfada erməni qəbirlərinin mübahisəli “dağıdılması” ətrafında çox səs-küy edib. Ancaq onlar Ermənistanda və Azərbaycanın işğal olunmuş torpaqlarında azərbaycanlı qəbirlərinin məhv edilməsi haqqında susur. Eyni zamanda, onlar Azərbaycanın 1891 ədəd maddi və mənəvi sərvətinin, o cümlədən 738 ədəd tarixi abidə, 83500 eksponat ilə 28 muzey, 4 fotoqalereya, 14 memorial kompleks və 1107 mədəniyyət müəssisəsinin murdarlanması və ya məhvi barəsində susur”.

Məqalə müəlifi onu da qeyd edir ki, 1900-ə yaxın mədəni artefaktın dağıdılması azərbaycanlıların bu ərazilərdə uzun müddət ərzində qalmasını, Marağada dağıntılar isə ermənilərin bu rayonda qısamüddətli yaşayışını gizlətmək məqsədini daşıyır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı