Dünya müharibəsinin gedişini dəyişdirən Azərbaycan alimləri 

14:56 09-05-2019 | icon 273 | Tarix
Dünya müharibəsinin gedişini dəyişdirən Azərbaycan alimləri 

Bu gün II Dünya Müharibəsinin başa çatdığı tarix - 9 May Qələbə gününün 74-cü  ildönümüdür.

SSRİ-nin 1941-ci ilin iyununda müharibəyəqoşulmasından sonra 1945-ci ilə qədər 600 mindən çox azərbaycanlı cəbhəyə yollandı.

Onlardan 300 minə yaxını həlak oldu. Müharibə nəticəsində Azərbaycanın neft və kimya sənayesinin SSRİ üçün nə dərəcədə önəmli olması bir daha üzə çıxdı. Elə buna görə də müharibə bitməmiş, 1945-ci ildə Bakıda da Elmlər Akademiyası təsis edildi. Amma buna qədər də Azərbaycan alimləri müharibənin taleyinə təsir edə biləcək işlər gördülər. AMEA-nın hazırkı prezidenti akademik Akif Əlizadənin vəGeorgiZapletinin birgə yazdığı “ Vətənə və elmə xidmət etdilər” adlı kitabında müharibə vaxtı xüsusi fəaliyyət göstərən Azərbaycan alimlərinin adları çəkilir. Həmin alimlər arasında Azərbaycanın görkəmli şəxsiyyətləri – Səməd Vurğun, Üzeyir Hacıbəyli,  Ziya Bünyadov, Həsən Əliyev, Yusif  Məmmədəliyev, Mustafa Topçubaşov və digərləri barədə məlumatlar yer alıb. Kitabda qeyd edilir ki, Azərbaycanın 100-dən çox alimi SSRİ-nin orden və medalları ilə təltif edilib. 7 Azərbaycan alimi Dövlət mükafatına, 50 elmi işçi “Azərbaycanın əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb. 

Versus.Az AzEdu.az -a istinadən  II Dünya Müharibəsindəki qələbələrə öz töhfələrini verən, müharibənin taleyinə yaxşı mənada təsir edən Azərbaycan alimlərinin bir neçəsini təqdim edir:

Yusif Məmmədəliyev: Bu siyahıda ilk olaraq adı çəkiləsi alimlərdən biri dövlət mükafatı laureatı, Elmlər Akademiyasının prezidenti  Yusif Məmmədəliyevdir. O, müharibənin taleyinə təkbaşına təsir edən azsaylı alimlərdən biridir. Qısa müddətdə neftdən 38 növ məhsul əldə edən alim yüksək oktanlı təyyarə benzininin  ixtirası ilə bütün SSRİ-nin sevinməsinə səbəb olub. Alimin rəhbərliyi ilə daha sonra donmayan motor vəsürtkü yağları da icad edilib. Məmmədəliyevin komandası az oktanlı benzindən hərbi əməliyyat üçün vacib olan toluol almaq texnologiyasını da hazırlayıb. Bunların hamısı hərbi sənayedə çevriliş idi.

Şıxbala Əliyev - Bu alimin də  kəşfləri, elmi axtarışları, elmi tədqiqatları müharibə illərində neft sənayesində inqilabi irəliləyişlərə səbəb olub.

Şıxbala Əliyev 1941-ci ildə Kimya İnstitutuna direktor təyin edilir. Ona bir sıra müdafiəəhəmiyyətli elmi işlərin yerinə yetirilməsi və institutun tematik planının hərbi məqsədlərəuyğunlaşdırılması kimi mühüm və məsuliyyətli vəzifə tapşırılır. O, bu  illərdə neft kimyası sahəsində böyük müdafiə məqsədli vacib işlər görür.

Alimin həyata keçirdiyi ən vacib elmi işlərə bunları aid etmək olar:

1941-43-cü illərdə Kimya İnstitutunda kömür məmulatlarının və yerli materialların, elektroizolyasiya olunan lakların istehsalı, yanğından qorunma rənglərin istehsalı, kobaltın turşlaşması, sulfat turşusunun qalıqlarından istehsal olunan vanadiy katalizatorunun alınması, yeraltı sulardan yeyici natriy, yod, bromun alınması, lyuminoforların, stirolun və polistirolun alınması, sabun emalı üçün suiti piyinin təmizlənməsi və müharibə dövrünün bir çox vacib layihələri.

Elə həmin illərdə alim neft və neft məhsullarından üzvi maddələrin alınmasının perspektiv metodlarını işləyib hazırlayır. Bunun  sayəsində Azərbaycan mədənlərində buruqların neft və axın xətlərinin deparafinizasiya metodu istifadə olunur ki, bunun da nəticəsində məhsuldarlıq xeyli artır.

Mirəli Qaşqay-Azərbaycan geologiya elminin banilərindən olan  akademik Mirəli Qaşqay isə geologiya, geofizika, mineralogiya  istiqamətindəki tapıntılarına, faydalı neft yataqlarının kəşfinə görə müharibədə dövründə qazanılan uğurlara öz əlavələrini edib.

Onunçoxşaxəli elmi fəaliyyəti olub: mineralogiya və geologiya, tektonika və maqmatizm, petrologiya vəmetallogeniya, mineral suları və termal sular, stratiqrafiya və litologiya, tikinti materialları və s.

Alim Kiçik Qafqaz və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian vəperlit yataqları üzə çıxarıb, (A.Məmmədovla birgə) vəfilizəmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll edib.

Onun sayəsində aşkar edilən faydalı yataqların müharibə üçün çox vacib idi. Elə buna görə də alim “1941-1945-ci illərdə Böyük Vətən müharibəsindəəmək igidliyinə görə” medalı ilə təltif olunur.

Mustafa Topçubaşov – Azərbaycan tibb elmi də kimya və geologiya elmləri ilə bərabər müharibənin taleyinə təsir göstərə bilib. Bu elmin nümayəndələrindən biri də Azərbaycan cərrahlıq məktəbinin yaradıcılarından olan, vaxtilə Ali Sovetin sədri və Elmlər Akademiyasının vitse-prezidenti kimi məsul vəzifələrdə çalışan Mustafa Topçubaşov idi.

M.Topçubaşov tələbələri ilə birlikdə hərbi cərrahiyyədə yeni, səmərəli metodlar işləyib hazırlayıb, minlərlə yaralı döyüşçünü həyata qaytarıb. Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. Görkəmli alim SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib. Həmin illərdə Mustafa bəy bir-birinin ardınca ağır cərrahiyyəəməliyyatları aparıb və minlərlə yaralı döyüşçünü ölümdən xilas edərək həyata qaytarıb. Onun başçılıq etdiyi klinikada müasir cərrahlıq problemləri - öd yolları xəstəliklərinin, xərçəngin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və s. xəstəliklər üzrə daimi axtarışlar aparılıb, yeni təkliflər irəli sürülüb.

Mirəsədulla Mirqasımov- II Dünya Müharibəsi vaxtı xeyli insanı ölümdən xilas edən və xüsusi üsullarla tibbi kəşflərə imza atan, bununla da müharibənin taleyinə təsir edənlərdən biri də akademiyanın ilk prezidenti və Azərbaycanın ilk cərrahı Mirəsədulla Mirqasımovdur. O, müharibə illərində arxa cəbhə hospitallar şəbəkəsini yaradır və ona rəhbərlik edir. Bu şəbəkənin səyi nəticəsində bir çox insan xilas edilir və yenidən cəbhəyə yollanılır. Akademik həkim bu xidmətlərinə görə “Qırmızı ulduz” nişanına layiq görülür.

Şamil Əzizbəyov – geologiya-minereologiya elmlər doktoru, akademik Şamil Əzizbəyov da müharibə illərində xüsusi xidmətlərinə görə seçilir. Elə bu səbəbdən də  1944-1945-ci illərdə Azərbaycan KP MK neft üzrə katibin müavini seçilir. 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilir. Neft üzrə müavin olan zaman Əzizbəyovun kəşf etdiyi bir neçə neft yatağı müharibə şəraitində yaşayan ölkə  üçün göydəndüşmə olur.

Rüstəm İsmayılov – AMEA-nın sabiq prezidentlərindən olan geoloq alim vaxtilə Azərbaycanın neft emalı və neft-kimya sənayesi naziri kimi də çalışıb. Müharibə illərində məsul vəzifədəişləməsinə baxmayaraq akademik cəbhə üçün də çalışır. Onun II Dünya Müharibəsi illərində gördüyü əhəmiyyətli işlərdən biri kanal qazı dudası hasilatının  artırılması və keyfiyyətinin yüksəldilməsi olur. Bu cəbhə üçün çox vacib idi. O, həmçinin öz komandası ilə birlikdə sulfat turşusu iləalkilləşdirmə, neftin səmərəli üsulla kimyəvi krekinqi kimi mühüm prosesləri həyata keçirir. Müharibəillərindəki fəaliyyətinə görəR.İsmayılova Sosialist Əməyi Qəhrəmanı adı verilir.  

Musa Əliyev- Akademiyanın daha bir sabiq prezidenti Musa Əliyev böyük geoloq olsa da, müharibə illərində yalnız yüksək vəzifələrdə fəaliyyət göstərərək qanlı “41-45”in taleyinə alimdən daha çox bir məmur kimi təsir edir. O, 1942-44-cü illərdə Azərbaycan Geologiya İdarəsinin rəisi, ondan sonra isə Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi fəaliyyət göstərir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Paşinyan yenə sərsəmlədi və...

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

AXCP prezidentə müraciət etdi

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Yatanda ayaqların arasına yastıq qoyun

Arif Hacılı jurnalistlərdən qorxdu?

Parlament binası qarşısında aksiya başlayıb

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

“İki çay arasında cənnət” adlı kitab çap olunub

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifədən getdi

Müsavatın "mühacir oyunu" ifşa edildi