"Muğam-2019" Televiziya Müsabiqəsinin 9-cu həftəsi başa çatıb

09:15 11-05-2019 | icon 408 | Mədəniyyət
"Muğam-2019" Televiziya Müsabiqəsinin 9-cu həftəsi başa çatıb

Mayın 7-də və 9-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən "Muğam - 2019" VII Televiziya Muğam Müsabiqəsinin doqquzuncu turu tamamlanıb.

 

Muğam Mərkəzindən Versus.Az-a verilən məlumata görə, bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır.

 

Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər.

 

İlk dəfə 2005-ci ildə keçirilmiş həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.

 

Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir. Doqquzuncu turun mövzusu XIX əsrin görkəmli şairi və maarifçisi Seyid Əzim Şirvaninin qəzəlləri idi.

 

Müsabiqə proqramları başlamazdan əvvəl görkəmli sənətkarlar Xalq artisti Qəndab Quliyeva və Ağababa Novruzovun ifasında Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazıları dinlənilmişdi.
Müsabiqə iştirakçılarını müşayiət edirdilər: tarda Rəşad İbrahimov və Rüstəm Müslümov, kamançada Təbriz Yusubov və Elnur Salahov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, udda İdris Hüseynov.

 

Doqquzuncu turun nəticələrinə görə - Hüseyn Səba, Zülfiyyə Cəbrayılzadə, Xəyal Hüseynov, İlahə Rüstəmova, Vəliş Mirzəyev, Türkanə Nəcəfova, Rəvan Qoçayev, Suma Tapdıqova və Murad Rüstəmzadə 63 bal; Faiq Əkbərov və Nəcibə Məmmədova 62 bal; Qələm Qocamanova 57 bal topladılar.

Müsabiqənin şərtlərinə görə ən az bal toplayan iştirakçı Qələm Qocamanova yarışmanı tərk etdi. Beləliklə, yarışmanı 11 iştirakçı davam edir.

Müsabiqənin onuncu turu may ayının 14-də və 16-da ölkəmizin regionlarında keçiriləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı