Dronun idarəetməsini 10 dəqiqə ərzində necə ələ keçirməli?

12:42 16-05-2019 | icon 459 | Maraqlı
Dronun idarəetməsini 10 dəqiqə ərzində necə ələ keçirməli?

Aprel ayının sonunda Keyptaunda keçirilmiş “Cyber Security Weekend 2019” konfransına dəvət olunmuş 13 yaşlı vunderkind Ruben Pol 10 dəqiqə ərzində dronun idarəetməsini ələ keçirərək, əşyaların internetinin həssaslığını nümayiş etdirib. O, bunu pilotsuz qurğunun proqram təminatında aşkarladığı təhlükəli protokollar vasitəsilə edib.

 

Bu təcrübənin məqsədi - əşyaların internetini istehsal edən (dronlar, videodayələr, ağıllı məişət texnikası, ağıllı ev sistemləri, şəbəkəyə qoşulan oyuncaqlar və s.) şirkətlərin diqqətini məhsullarını qorumaq üçün ciddi tədbirlər görməyə çağırmaqdır. “Kaspersky Lab”, istifadəçiləri ağıllı cihazları alarkən onların necə qorunduğunu və mümkün riskləri qiymətləndirməklərini məsləhət görür.

 

“Kaspersy Lab” şirkətinin aparıcı antivirus mütəxəssisi Maher Yamut deyib:

"Bir çox internet əşyaları istehsalçıları öz məhsullarını bazara gətirməyə çalışır və səylərini satışların artmasına yönəldir. Yalnız mənfəəti güdərək şirkətlər təhlükəsizlik məsələrinə ya kifayət qədər ciddi yanaşmırlar və ya ümumiyyətlə iqnor edirlər, baxmayaraq ki, hakerlərin ağıllı qurğulara böyük marağı var. Bu cihazların kibermüdafiəsi haqqında düşünmək inkişafın erkən mərhələlərində çox vacibdir, çünki əşyaların internetinə nəzarət, təcavüzkarların cihaz sahiblərinin şəxsi məkanına daxil olmaq, qiymətli məlumatları və əşyaları oğurlamaq, hətta onların sağlamlığı və həyatı üçün təhlükə yarada bilər".

 

 

Ruben Pol bildirib: "Dronun proqram təminatında zəifliyini tapmaq və üzərində tam nəzarət əldə etmək üçün mənə 10 dəqiqədən az vaxt lazım oldu. Bunu digər internet cihazları ilə də etmək olar. Əgər mən bunu asanlıqla etdimsə, deməli cinayətkarlar üçün də çətin olmayacaq. Nəticələr isə dəhşətli ola bilər. Görünür ağıllı cihazların istehsalçıları onların təhlükəsizliyinin kifayət qədər qayğısına qalmır. Onlar istifadəçiləri zərərli hücumlardan qorumaq üçün cihazlara təhlükəsizlik həllərini quraşdırmalıdırlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?