Azərbaycanda 17 yaşlı oğlanda quyruq aşkarlanıb

14:14 21-05-2019 | icon 511 | Maraqlı
Azərbaycanda 17 yaşlı oğlanda quyruq aşkarlanıb

Azərbaycanda qeyri-adi cərrahiyyə əməliyyatı icra olunub. Bakıdakı xəstəxanalardan birində 17 yaşlı oğlanda aşkarlanan 18 santimetr uzunluğunda quyruq əməliyyatla götürülüb.

 

Versus.Az bildirir ki, e-tibb.az saytının xəbərinə görə, bu barədə əməliyyatı icra edən həkim-cərrah İsmayıl Əsgərov məlumat açıqlayıb. 

Cərrah deyib ki, 17 yaşlı oğlan bel-oma nahiyəsində doğuşdan bu günə qədər mövcud olan quyruq kimi çıxıntı şikayəti ilə xəstəxanaya müraciət edib:

"Oturarkən çətinlik çəkirdi və bir qədər ağrı, narahatlıq verirdi. Həmçinin, gündəlik geyimlərlə bağlı çətinlikləri vardı".

Həkim bildirib ki, bu vəziyyətə yeni doğanlarda rast gəlinə bilər, amma 17 yaşda 18 santimetr uzunluqda quyruğun olması çox gecikmiş haldır:

"Xəstə və ailəsi inanc, sosial qınaq və utanc səbəbindən həkimlərə müraciət etməyib. Valideynlər bu quyruğun Hindli meymun tanrısı "Hanuman"dan bir hədiyyə olduğuna inanıblar. Xəstə ümumi anesteziya altında əməliyyat edildi. Əməliyyat öncəki müayinə ilə quyruğun onurğa sütunu, sinirlərlə əlaqəsinin olmadığı aşkarlandı".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı