Leysan yağacaq, dolu düşəcək

13:41 29-06-2019 | icon 418 | Gündəm
Leysan yağacaq, dolu düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Versus.Az-a verilən xəbərə görə, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-27°, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti təşkil edəcək.

 
 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək.

 

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti təşkil edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür