Bu xəstəlik əsasən qız uşaqlarında müşahidə edilir

14:45 09-07-2019 | icon 393 | Cəmiyyət
Bu xəstəlik əsasən qız uşaqlarında müşahidə edilir

Qoşqar Təhməzli: "Bağçalarda uşaqlara eyni qidanın verilməsi düzgün deyil"

 

Azərbaycanın bütün regionlarında bağçalarda uşaqlara eyni qidanın verilməsi düzgün deyil. Çünki bəzi regionlarda dəmir çatışmazlığı var.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bəzi regionlarda dəmir çatışmazlığının olması sonda əhalidə dəmir defisitinin yaranmasına səbəb olur:

 

"Bu xəstəlik əsasən qız uşaqlarında müşahidə edilir. Ümümdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, 2017-ci ildə Azərbaycanda qadınlar arasında dəmir defisitli anemiya 44 faiz təşkil edib".

 

Q.Təhməzli əlavə edib ki, respublika ərazisində 1600 uşaq bağçası fəaliyyət göstərir. Agentlik seçim yolu ilə 400-ə bağçada monitorinq aparmağı planlaşdırılır:

"Məqsəd böyüməkdə olan nəsli sağlam qida ilə təmin etməkdir. Səhiyyə Nazirliyi tərəfindən qidalanma rasionu işlənib hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Yəqin ki bu sənəd təsdiqini tapacaq. Bu, təsdiq olunduqdan sonra bağçalarda onun tətbiqinə əməl olunmalıdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı