Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

22:37 11-07-2019 | icon 1390 | Təhsil
Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

İyulun 11-də Bakı Avrasiya Universitetində (BAU) “Ərəbşünaslıq mərkəzi”nin açılış mərasimi  olub, sonra isə “Azərbaycan və Mərkəzi Asiyada ərəb dili” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

 

Versus.az-ın məlumatına görə tədbir Bakı Avrasiya Universiteti ilə Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

 

Açılış mərasimində çıxış edən Avrasiya Universitetinin tədris işləri üzrə prorektoru Nigar Hüseynova deyib ki, mərkəzin təsis edilməsi ilə bağlı müqavilə 2019-cu ilin fevralında imzalanıb:

“Mərkəzdə təşkil olunacaq kursda dərs almaq üçün 80 tələbə yeri müəyyən edilsə də, müraciətlərin sayı xeyli çox olub və artıq 200-ü ötüb”.

 

Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin baş katibi doktor Abdullah əl-Vəşmi bildirib ki, ərəb dili mədəniyyətlər arasında dialoqun qurulmasında, əlaqələrin yaradılmasında mühüm rola malikdir. BAU ilə əməkdaşlıq çərçivəsində mərkəzdə kursların təşkili, tədris materiallarının çapı və tərcüməsi sahəsində işlər görüləcək. Eyni zamanda, mərkəzin nəzdindəki kurslarda fərqlənən bir neçə tələbə Ciddədə yerləşən Kral Əbdüləziz Universitetində 7-10 günlük kursa dəvət olunacaq.

 

Sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdullah bin Xudeyr çıxış edib. Səfir mərkəzin ərəb dilinin tədris və tədqiqatı sahəsində uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib. Diplomat bildirib ki, mərkəzin fəaliyyəti yalnız Azərbaycanı deyil, Mərkəzi Asiya ölkələrini də əhatə edəcək.

 

Açılışdan sonra “Azərbaycan və Mərkəzi Asiyada ərəb dili” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Qeyd edək ki, tədbirdə Küveyt dövlətinin səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi, Birləşmiş Ərəb Əmirliklərinin səfiri Məhəmməd Hamil əl-Qubeysi, Azərbaycan və Orta Asiya universitetlərinin tanınmış ərəbşünasları, alimlər, tələbələr, media nümayəndələri iştirak ediblər.

 

Konfransda AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyevin “Ərəb dilinin tədrisində KİV-in rolu. AZƏRTAC-ın nümunəsində” mövzusunda məruzəsi maraqla dinlənilib. Məruzədə bölmənin yarandığı vaxtdan bəri gördüyü işlərdən bəhs edilib, ərəbdilli oxucuları ölkəmiz barədə məlumatlandırmaqla yanaşı, gənc azərbaycanlı ərəbşünasların dil biliklərinin inkişafına, onların yeni terminlərlə tanış edilməsinə töhfə verdiyi vurgulanıb.

İki gün davam edəcək konfransda ölkəmizdə və Orta Asiya respublikalarında ərəb dilinin tədrisi məsələləri barədə müzakirələr dinləniləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür