Maraqlı Yeni İl oldu

12:56 02-01-2018 | icon 1539 | Uşaq Dünyası
Maraqlı Yeni İl oldu

Aliyə Abdurazakova

 

Salam. Öncəliklə mənim yazılarımı oxuyan hər birinizin yeni ilini təbrik edirəm. Bu dəfə mən Aliyə Abdurazakova sizlərə Yeni İli necə keçirməyim haqda danışmaq istəyirəm.

 

2018-ci il Rusiyada 11 dəfə qarşılandı. Çünki Rusiyanın şəhərləri arasında 11 saat fərqi var. Biz yaşadığımız Novosibirsk şəhərində yeni il Rusiyanın paytaxtı Moskvadan 4 saat öncə qarşılandı.

 

Mən yeni ili həm sinif yoldaşlarımla, həm də rəqs qrupumuzla birgə keçirdim. Sinif yoldaşlarımla yeni il karnavalında konkurslar keçirdik, bizə müxtəlif fokuslar göstərdilər. Rəqs qrupumuzla birgə meşəyə gəzintiyə getmişdik. Biz orada uşaqlarla iki komandaya bölünərək müxtəlif oyunlar oynadıq, hündür buz qorkasından sürüşdük. Həmin gün havanın çox şaxtalı olmasına baxmayaraq uşaqlarla birgə xeyli əyləndik və mənim rəqs qrupumuzla olan gəzinti daha çox xoşuma gəldi.

 

Rusiyada yeni il bayramından sonra "rojdestvo"nu qeyd edirlər. Müəlliməmiz qış tətilinə çıxmamışdan əvvəl bizə yeni ildən sonra "rojdestvo", daha sonra isə "starıy novıy qod" haqda danışanda bu bayramların nə vaxt qeyd olunduğunu soruşdu. Sinifdə təkcə mən "rojdestvo"nun 7 yanvarda qeyd olunduğunu dedim. Müəlliməm isə uşaqlara dedi ki, görürsünüz, Aliyəgil bu bayramı keçirmirlər, amma Aliyə "rojdestvo" nə vaxtdır bilir. "Starıy novıy qod" isə 13 yanvarda qeyd olunur.

 

Hə, bir də unutmadan, mənim yazılarımı öz saytlarında dərc edən Versus.Az jurnalistlərinin, xüsusilə də Arzu xalanın Yeni ilini təbrik edirəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı