“Muzey əşyalarının daimi mühafizə portalı” nın yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilib

14:56 17-07-2019 | icon 340 | Mədəniyyət
 “Muzey əşyalarının daimi mühafizə portalı” nın yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilib

“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi.

 

Versus.Az-ın məlumatına görə, cari ilin 15 iyul tarixində Şəmkir şəhərində “Muzey əşyalarının daimi mühafizə portalı” nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi.

 

Məlum olduğu kimi, “AdZone” şirkəti tərəfindən “Muzey əşyalarının daimi mühafizə portalı” nın yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilmişdir. Bununla əlaqədar, rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri və muzeylərin əməkdaşları üçün yeni proqram təminatının izah edilməsi məqsədilə regional təqdimat – treninqlərin keçirilməsi zərurəti yaranmışdır. Beləliklə, ilkin mərhələ olaraq cari ilin 20-21 iyun tarixində Qəbələ şəhərində İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə təqdimat – treninq keçirilmişdir.

 

Respublikanın bütün bölgələrində təşkil edilməsi nəzərdə tutulmuş təqdimat-treninqin növbəti, yəni ikinci mərhələsi cari ilin 15-16 iyul tarixlərində Şəmkir şəhərində Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynovanın, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasovun, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynlinin, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyiblinin və həmin muzeyin baş fond mühafizi Aida Axundovanın, “Adzone” şirkətinin İT inkişaf mütəxəssisi Natiq Talıbov və həmin şirkətin layihə meneceri Barat Qubatovun, habelə Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi regional mədəniyyət idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə keçirilmişdir.

 

Təqdimat-treninq zamanı portalın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat nümayiş olunmuş, o cümlədən portalla bilavasitə məşğul olan operatorlara regionda fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi qaydası göstərilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təmsil olunması üçün veb-proqram təminatı ən müasir, beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verərək, gələcəkdə digər məlumat bazaları və veb-portalları ilə inteqrasiya olunacağı proqnozlaşdırılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI