“20 Yanvar” İctimai Birliyi və “9 Aprel” Fondundan “Keşikçi dağ” insidenti ilə bağlı birgə bəyanat

18:17 18-07-2019 | icon 381 | Cəmiyyət
“20 Yanvar” İctimai Birliyi və “9 Aprel” Fondundan “Keşikçi dağ” insidenti ilə bağlı birgə bəyanat

“20 Yanvar” İctimai Birliyi və “9 Aprel” Fondu son günlər “Keşikçi dağ” ətrafında baş vermiş olaylarla bağlı birgə bəyanat yayıb.

 

Versus.Az-ın məlumatına görə, həmin bəyanatda deyilir: 

 

"Regionda yeni münaqişə ocağı yaratmaq istəyənlərin fəaliyyəti nəticəsində “Keşikçi qala” sərhəd məntəqəsində Azərbaycan sərhədçilərinə qarşı təxribat törədilib. Məqsəd Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq, Azərbaycan və Gürcüstan dövlətlərini qarşı-qarşıya qoymaqdır. Təxribatçılar iki dost ölkə arasında ehtirasları qızışdırmaq və qarşıdurma yaratmaq məqsədi daşıyırlar. Ancaq inanırıq ki, bu cür təxribatçılar məqsədlərinə nail ola bilməyəcəklər. Çünki iki ölkə arasında olan əməkdaşlıq başqa ölkələr arasında olduğu kimi sadəcə xoş olan arzulara və yaxşı niyyətlərə yox, tarixi köklərə əsaslanır.

 

Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq. Bu gün ölkələrimiz arasında çox uğurlu əməkdaşlıq formatı yaradılıb. Hər iki ölkə bütün taleyüklü məsələlərdə bir-birinin yanında olub, bir-birinə öz dəstəyini göstərib və bundan sonra da belə olacaq. İnanırıq ki, gələcəkdə də böyük güclərin regionda olan geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri iflasa uğrayacaq. Bu cür insidentlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurmaq iqtidarında deyil. Biz - Azərbaycan və gürcü xalqları ölkələrimizə və qardaşlığımıza qarşı düzənlənən provakasiyalara uymamalı, hər zaman olduğu kimi birlik və bərabərliyimizi nümayiş etdirməli, iki ölkə arasında tarixi dostluq və qardaşlıq bağlarımızı qorumalıyıq. “20 Yanvar” İctimai Birliyi və “9 Aprel” Fondu sərhəd məntəqəsində baş verən insident zamanı xidməti vəzifəsini yerinə yetirən əsgərə qarşı edilən hərəkəti şiddətlə qınayır, xalqlarımız arasında olan dostluğun daha da möhkəmləndirilməsi yolunda ölkələrimizə uğurlar diləyirik."

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı