İspaniyadan ölkəmizə idxal edilən badam tingləri xərçəngşişkinliyi yaradır

20:32 18-07-2019 | icon 434 | Sosial
İspaniyadan ölkəmizə idxal edilən badam tingləri xərçəngşişkinliyi yaradır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı İspaniyadan Azərbaycana idxal edilən 13271 ədəd badam tingində xüsusi təhlükəli xəstəlik bakterial fır (Agrobacterium tumefaciens E. Sm. et Towns) aşkar edilib.

Versus.Az xəbər verir ki, aşkar edilən xəstəliyin təhlükəliliyi nəzərə alınaraq Respublika ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə badam tingləri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda yandırılaraq məhv edilib.

Qeyd edək ki, bakterial fır yoluxucu xəstəlik hesab edilir, bitkilərin köklərinə mexaniki zədələnmələr, zərərvericilərin təsiri və köklərin inkişafı zamanı qabıqların çatlaması yolu ilə daxil olur. Kökə daxil olmuş bakteriyaların təsiri nəticəsində kök toxumalarının hüceyrələri sürətlə bölünüb böyüyərək xərçəng şişkinliyi əmələ gətirir.

Bu bakteriya 18 fəsilədən çox bitkilərdə parazitlik edir (çuğundur, kələm, pomidor, günəbaxan, üzüm, qərənfil, qızılgül, söyüd və s.), tumlu, çəyirdəkli və giləmeyvə bitkilərinin tinglərini daha çox sirayətləndirir və nəticədə bitkilərin məhvinə gətirib çıxarır.

 

Sözügedən xəstəliyə qarşı mübarizə aparmaq məqsədi ilə torpağa fosfor və kalium gübrələrinin verilməsi tövsiyə olunur./milli.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı