"Gələn il Ələt Azad İqtisadi Zonasında Fransa şirkətləri fəaliyyətə başlayacaq"

14:31 29-07-2019 | icon 590 | İqtisadiyyat
"Gələn il Ələt Azad İqtisadi Zonasında Fransa şirkətləri fəaliyyətə başlayacaq"

Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyası iqtisadi, maliyyə, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına dəstək göstərir.

 

Versus.Az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Merlə görüşü zamanı deyib.

 

S.Şərifov qeyd edib ki, nəqliyyat sahəsində Azərbaycan hökuməti və Fransa bankları tərəfindən maliyyələşdiriləcək birgə layihə nəzərdən keçirilir. Nazir əlavə edib ki, 2020-ci ildə Ələt Azad İqtisadi Zonasında Fransa şirkətləri fəaliyyətə başlayacaq:

 

"Ticarət əlaqələri ilə yanaşı, Azərbaycanda Fransa şirkətlərinin istehsal sahəsinə investisiyaları üçün əlvereişli mühit yaradılıb. Şirkətlər Azərbaycanla əlaqələrdən istifadə edərək region ölkələrinə məhsul və xidmətlərinin satışlarını genişləndirə bilər".

 

Öz növbəsində fransalı nazir bildirib ki, tərəflər iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin inkişafı üçün böyük potensiala malikdir və əməkdaşlığı yeni səvviyəyə yüksəltməyə hazırdır.

 

B.Lö Mer əlavə edib ki, Fransa energetika, neft-qaz sektoru, bərpa olunan enerji, eləcə də müdafiə sənayesi sahələrində birgə əməkdaşlığın inkişafında maraqlıdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA