Prezidentliyə namizəd Razi Nurullayevin seçki proqramı - I

17:22 29-03-2018 | icon 947 | Siyasət
Prezidentliyə namizəd Razi Nurullayevin seçki proqramı - I

Dövlət idarəçiliyi

 

Dövlət insanların hüquq və azadlıqlarını qorumaq üçün yaradılmış və onun strukturları - QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ hakimiyyəti vətəndaşların iradəsi ilə formalaşır. Dünyada ən yaxşı Qanun xalqın xoşbəxtliyinə xidmət edən qanundur. Ən güclü hakim isə ədalətdir. Ölkənin ədalətli idarəedilməsinin əsas şərti qanunların işləməsini təmin etməkdir. Azərbaycanın hər bir vətəndaşının azad, firavan yaşaması, qanunların və onun icrasının hamı üçün bərabər, ali və ədalətli olması uğrunda mübarizə bizim fəaliyyətimizin əsas istiqamətidir. Ədalətli qanunlar, onların hər bir insan üçün aliliyi baxımından tətbiqi xalqı birləşdirir, cəmiyyəti inkişaf etdirir, dövləti möhkəmləndirir.

Dövlət idarəçiliyində əsas şərtlərdən biri xalqın həyat səviyyəsinin yüksəlməsi üçün güclü və dinamik inkişaf edən iqtisadiyyatın yaradılmasıdır. Hesab edirik ki, ədalətli dövlət idaərçiliyi üçün sosial-iqtisadi problemlərin həllinə nail olmaq vacibdir. Bunun üçün,

- Azad bazar iqtisadiyyatının inkişafı və ədalətli rəqabət mühitinin formalaşması, o cümlədən iqtisadi azadlıqların təmin edilməsi;

- korrupsiyaya qarşı sistemli mübarizə, barışmazlıq və milli sahibkarların yaranmasını ləngidən süni maneələrin aradan qaldırılması;

- sosial yönümlü layihələrin icrasının genişləndirilməsi və şəffaflığının təmin edilməsi; - ölkənin ÜTM-yə üzv olması və kiçik biznesin inkişafına ayrılan kreditlərin sayını artıqmaqla faiz dərəcələrinin aşağı salınması;

- Mülkiyyətin toxunulmazlığının təmin olunması;

 

İnsan haqları və hüquqlarının təminatı

Dövlət idarəçiliyində ədalətli üsullardan biri də insan haqları və hüquqlarının təminatıdır. Cəmiyyətin bir hissəsinin qanunsuz yollarla sürətlə varlanması, digər hissəsinin yoxsullaşması kimi sosial konflikt yaradan vəziyyətin aradan qaldırlması əsas məqsədlərimizdəndir. Ölkədə yaşayan bütün xalqların mədəniyyətinin, dini əqidəsinin, hüquq və azadlıqlarının qorunması əsas vəzifələrimizdən biridir.

Azərbaycan Respublikasının ən böyük sərvəti onun vətəndaşlarıdır. Hər şey xalqa, hər şey insana, vətəndaşa xidmət etməlidir!

- Qanunun aliliyinin, dövlət də daxil olmaqla bütün hüquq subyektlərinin qanun qarşısında bərabərliyinin təmin olunması;

- Qanunların qəbulu zamanı xalqın milli-mənəvi xüsusiyyətlərinin gözlənilməsi, demokratikləşmə və insan hüquqlarına hörmət prinsiplərinin əsas götürülməsi istiqamətində müvafiq addımların atılması;

- İctimai birliklərin, siyasi partiyaların və kütləvi informasiya vasitələrinin qanunla müəyyən olunmuş qaydada fəaliyyəti üçün bərabər şəraitin yaradılması və onların inkişafı üçün əməli addımların atılması;

- Vətəndaşların siyasi hüquqlarının, fəaliyyət azadlıqlarının, sosial hüquqlarının, şəxsi mənafe və maraqlarının qorunması mexanizminin inkişaf etdirilməsi.

 

Vətəndaş Cəmiyyətinin inkişafı

Vətəndaş cəmiyyəti vətəndaşın suverenliyinə, hüquqi, demokratik dövlət quruluşuna, azad sahibkarlığa,yerli özünüidarəçiliyə, parlamentarizmə, insanların könüllü birləşməsi birliklərinə, qeyri-dövlət, qeyri-siyasi münasibətlərə, azad rəqabətə, əməkdaşlığa, müxtəlif mülkiyyət formalarına, konsensus və kompromisə, özünütəşkilə və sinergetik başlanğıclara, tolerantlığa, humanizmə, fərdlərin uyğunlaşdırılmış fəaliyyətinə, qarşılıqlı yardıma, azadlığa, demokratiyaya əsaslanan, yüksək inkişaf etmiş, xüsusi tipli açıq cəmiyyətdir. Bu cəmiyyəti qurmaq bütün bəşəriyyətin əzəli, əbədi, müqəddəs məqsədidir.

Vətəndaş cəmiyyətinin mənəvi sahəsinə aşağıdakı elementləri aid etmək olar: söz, fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı, öz mövqeyini açıq ifadə etmək azadlığı, yaradıcı, elmi birliklərin müstəqilliyi və dövlətdən asılı olmaması. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını aşağıdakı prinsiplərin möhkəmlənməsində görürük:

- İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri, o cümlədən insan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması;

- Müstəqil kütləvi informasiya vasitələri, azad mətbuat, söz, fikir azadlığının möhkəmlənməsi və dövlətin şəxsi və ictimai həyata müdaxilə etməməsi, vətəndaş və dövlətin qarşılıqlı vəzifələri, məsuliyyət və öhdəlikləri;

- Milli barışıq, kompromis, qarşılıqlı əməkdaşlığın inkişafı;

 

Qarabağ probleminin həllinə baxış

Azərbaycan Respublikası qarşısında duran ən ciddi problem Qarabağ münaqişəsi və dövlət ərazimizin 20 faizinin işğal olunmasıdır. Torpaqlarımızın işğalı ilə bitən Birinci Qarabağ müharibəsində atəşkəsin imzalanmasından 20 ildən artıq vaxt keçir. Ədalıtli həll planı və sülh yolu bir nəticə verməyib. ATƏT-in Minsk Qrupunun müxtəlif təklifləri illərlə müzakirə edilsə də, konkret nəticəyə nail olunmayıb. Artıq kifayət qədər zaman keçib və Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün hüquqları özündə saxlayır.

Ermənistn tərəfi sülhə gəlmək və torpaqları işğaldan azad etmək əvəzinə cəbhə boyu yeni təxribatlar törətməkdən əl çəkmir. Dəfələrlə belə təxribatlar törədilib. 2016-cı ilin aprel ayında növbəti təxribata cəhd edildi, lakin Azərbaycan ordusu düşmənin layiqli cavabını verdi və torpaqlarımızın bir hissəsi, əss strateji yüksəkliklərdən bir neçəsi işğaldan azad edildi.

Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək gücü və vardır və eyni zamanda bu hüquqa maikdir. Lakin humnaizm prinsiplərinə söykənərək sülh yolu əsas götürülür. Amma işğaln 25 ildən də çox bir müddəti artıq Azərbaycan xalqında, ictimaiyyətdə səbrsizlik yaradır. AXCP olaraq hesab edirik ki, hüquqi baxımdan, yəni beynəlxalq normalar, konvensiyalar prizmasından Qarabağ probleminin həlli faktiki olaraq öz “ölü” nöqtəsindən tərpənmir və bunu Azərbaycanın son 30 illik təcrübəsi də göstərir. Ona görə də hesab edirik ki, Azərbaycan bu problem həll etmək üçün bir neçə addım atmaldır və yalnız bu yolla Qarabağ probleminin həlli mümkündür. Hesab edirik ki,

- İlk olaraq, Azərbaycan “Nüvə silahının yayılmaması haqqında” Müqavilədən imtina edir və eyni zamanda Qoşulmama Hərəkatından çıxdığını bəyan edir. Bununla da məhdudlaşdırıcı hərbi hüquqlardan imtina edərək, Azərbaycan hərbi əməliyyatların keçirilməsi ilə bağlı üstünlük hüququ əldə edir;

- Daha sonra Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən və Ermnistanın müstəqilliyini tanımayan nüvə dövlətlərindən biri olan Pakistanla hərbi əməkdaşlıq sazişi imzalanır və Pakistan ordusunun müəyyən taborlarının Qarabağətrafı regionlarda dislokasiyasna icazə verilir. Hərbi əməkdaşlığa əsasən həmin taborlar da Qarabağda antiterror əməliyyatlarına cəlb edilir. Pakistanın nüvə dövləti olması maraqlı və Ermənistanı müdafiə edən dövlətlərin münqaişəyə cəlb edilməsini əngəlləyəcək.

- Azərbaycn yalnız bu sazişlərdən şərtlə çıxmaya bilər və Pakistan hərbi hissələrinin ölkə ərazisində yerləşdirilməsindən imtina edə bilər ki, ATƏT-in həmsədr ölkələrinin prezidentlərinin, o cümlədən qonşu Türkiyə və İran prezidentlərinin birgə iştirakı ilə Qarabağ probleminin həllinə dair Beynəlxalq Konfrans keçirilir, Qarabağın işğaldan azad edilməsi ilə bağlı konkret tarix (6 ay və ya bir il) təyin edilir.

- Azərbaycan-Pakistan hərbi-strateji müttəfiqliyini möhkəmləndirmək üçün Azərbaycan Dövlət Neft Fondundan Pakistan İslam Respublikasına müxtəlif investisiyalar formasında 5 milyard manat həcmində sərmayə yatırılır və Pakistanla hərbi sahədə olduğu kimii iqtisadi sahədə də geniş və hərtərəfli müqavilələr imzalanır.

 

Ordu quruculuğunda kibersilahlar və Qarabağ problemini həllinə təsiri

Kibersilahlar almaq Azərbaycanın təbii haqqıdır. Çünki müasir dünyada kiber əməliyyatları kifayət qədər mürəkkəbləşib və rəqiblərə ciddi zərər vura biləcək gücə malikdir. Bununla da, kiber əməliyyatlar ölkənin təhlükəsizlik idarələrinin əsas siyasi alətinə çevrilir. Lakin bu kiber silahlar kimisə təhdid etməyə deyil, müdafiəyə hesablanır. Lakin Azərbaycan dövlətinə qarşı olan təhdidlər zamanı həm ölkə daxilində, həm də xaricdə kibercasusluq, yaxud opponentlərə qarşı hücumlar keçirməklə, müdafiə olumaq mümkündür.

 

Siyasi və struktur islahatlarının aparılması

Diaspora üzrə Dövlət Komitəsinin ləğv edilərək Xarici İşlər Nazirliyinin tərkibində idarə kimi fəaliyyət göstərməsini,

"Azərenerji", “Azərişıq”ın Energetika Nazirliyinə birləşdirilməsini,

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyinə birləşdirilməsini,

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin ləğv edilərək səlahiyyətlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Xarici İşlər Nazirlikləri arasında bölüşdürülməsini,

Səhiyyə Nazirliyinin ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsini,

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilməsini,

Vergilər Nazirliyinin və Gömrük Komitəsinin Maliyyə nazirliyinə birləşdirilməsi,

Mərhələ-mərhələ yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsini (icra hakimiyyətləri isə çox kiçik bir ştatla Prezidentin səlahiyyətli nümayəndələri olaraq qalır) və onların səlahiyyətlərinin genişləndirilməsini,

Böyük şəhərlərdə (Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Naftalan və Mingəçevir) icra hakimiyyətlərinin ləğvini və şəhər merinin seçkilər yoli ilə seçilməsi və Bələdiyyə Şuralarının yaradılmasını,

Təhsildə islahatların dərinləşdirilməsi çərçivəsində rektorların seçkilər yolu ilə seçilməsini.

QHT-lərin əngəlsiz fəaliyyətinin və beynəlxalq təşkilatların Azərbaycana qayıdışının təmin edilməsi

Yerli, xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının xətti ilə 2013-cü ilə qədər hər il Azərbaycana 300 milyondan çox vəsait daxil olub. Hökumət 2009-cu ildən başlayaraq qeyri-hökumət təşkialtları və fondlar haqqında qanuna bir sıra məhdudlaşdırıcı müddəalar əlavə edib və nəticədə QHT-lərin fəaliyyəti çətinləşib. 2014-cü ildən başlayaraq xaricdən vəsaitlərin alınmasının qadağan edilməsi vətəndaş cəmiyyəti sektorunu iflic edib.

Düzgün statistika aparılmadığına görə qeyri-hökumət təşkilatlarında çalışan insanların sayını birbaşa demək çətindir. Lakin, yerli, xarici və beynəlxalq təşkilatlarda çalışan insanların sayı təxmini hesablamalarımıza görə 11,000-12,000 nəfər arasında olub.

Bizim siyasətimizin əsasında QHT-lər və Fondlar haqqında Azərbaycan Respublikasının qanununa edilmiş məhdudlaşdırıcı müddəların aradan qaldırılması, QHT-lərin xarici donorlardan maliyyələşməsi ilə bağlı sərt məhdudiyyətlərin ləğv edilməsi, Azərbaycanda dövlətçiliyə qarşı fəaliyyət göstərməyən xarici donorların, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyəti üçün məhdudiyyətlərin götürülməsi dayanır. Azərbaycana normal və dost münasibət bəsləyən xarici donorların və beynəlxalq təşkilatların Azərbaycanda ofislərini açmaq üçün daha münbit şərait yaradılacaq.

Bizim hakimiyyətin bu sahədəki idarəetməsi yalnız ölkəyə daxil olan vəsaitin qeyri-qanuni siyasi fəaliyyətlərə xərclənməməsinə nəzarət etmək olacaq.

 

Xarici siyasət

 

Azərbaycan dövləti mövcud təbii-coğrafi, tarixi, ənənəvi, milli-psixoloji, iqtisadi və digər amilləri nəzərə almaqla öz xarici siyasətində aşağıdakılara xüsusi diqqət yetirəcək:

- Azərbaycan dövlətinin xarici ölkələrdən və beynəlxalq təşkilatlardan asılı düşməməsi, müqavimətinin artırılması, bütün istiqamətlərdə azad və ədalətli rəqabət mühitinin yaradılması üçün ölkədəki siyasi qüvvülər arasında qarşılıqlı inam və etimada nail olunmaq;

- Beynəlxalq və regional təşkilatlarla, hərbi-siyasi bloklarla münasibətlərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması prinsipini başlıca məqsəd və vəzifə kimi əsas götürmək;

 - Bütöv Azərbaycan ideyasını təbliğ etmək, Cənubi Azərbaycandakı soydaşlarımızın milli oyanışına və milli özünüdərkinə nail olunmasına, bu prosesin genişləndirilməsinə və onların sosial-siyasi və mədəni hüquqları uğrunda apardıqları mübarizəyə hərtərəfli siyasi dəstək vermək;

 - Bölgədə sülhün, əminamanlığın təmin olunması üçün Qafqaz xalqları ilə həmrəylik nümayiş etdirmək, onlarla iqtisadi, mədəni və s. istiqamətlərdə sıx əməkdaşlıq etmək;

 - Azərbaycan-Türkiyə siyasi-iqtisadi və hərbi əlaqələrinə xüsusi önəm verilməklə strateji tərəfdaşlığı bütün türk dünyası miqyasınadək genişləndirmək;

 - Türk dövlətləri və topluluqları ilə əlaqələri genişləndirmək, milli-mənəvi dəyərlər sistemini əlaqəli araşdırmaq və bu dəyərləri gələcək nəsillər üçün qoruya bilmək məqsədilə hərtərəfli qarşılıqlı inteqrasiyanı təmin edəcək ümumtürk mədəni-iqtisadi birliyinin gerçəkləşdirilməsinə nail olmaq;

 - Sülh, əmin-amanlıq və bəşəriyyətin tərəqqisi naminə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, beynəlxalq hüquqa, ədalət prinsiplərinə söykənən xarici siyasət yürüdən dövlətlərlə əlaqələri hərtərəfli inkişaf etdirmək.

- Azərbaycanda Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsinə, Avropaya inteqrasiyaya və parlamentarizmin inkişafına nail olmaq;

- Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin tikintisinin başa çatdırılması, multimodal nəqliyyat infrastrukturunun mövcudluğunun təminatı, Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin Şərq-Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilməsinə təminat vermək;

 

Bütöv Azərbaycançılıq

 

 Azərbaycan Xalq Cəbhəsi Partiyası Əbülfəz Elçibəyin “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə” konsepsiyasını əsas tutmaqla hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü geniş mənada bərpa olunmalı və ikiyə bölünmüş Azərbaycan xalqı da birləşməli, dünyada vahid Azərbaycan dövləti olmalıdır. Lakin 200 illik bölünmə tarixi olan Azərbaycan və Azərbaycan xalqı hələ də bu problemi yaşamaqdadır. 1991-ci ildə Azərbaycan Demokratik Respublikasının varisi olaraq müstəqil Azərbaycan dövləti bərpa edilsə də, Güney Azərbaycanın müstəqilliyi və bütöv Azərbaycan uğrunda mübarizəmiz davam edir.

 

 Azərbaycan türkləri «Gülüstan» və «Türkmənçay» müqavilələrinin şərtləri ilə barışmayaraq, Bütöv Azərbaycan uğrunda daim mübarizə aparır. 1988-ci ildən başlayaraq milli-azadlıq hərəkatları nəticəsində Sovetlər Birliyi dağıldı və Azərbaycanın quzeyi müstəqil dövlət oldu. İndi əsas qayəmiz Güney Azərbaycanın İran imperiyasından ayrılması, müstəqil dövlətçiliyini bərpa etməkdir. Biz bunu İran islam Respublikası ilə danışıqlar, qarşılıqlı hörmət və beynəlxalq normalar çərçivəsində reallaşdırılmasını istərdik. Bizim bu niyyətimiz dinc qonşuluq siyasətinə zidd deyil və bir xalqın birləşmək hüququnun digər xalqlar və dövlətlər tərəfindən də tanınamsının vacibliyi anlamındadır.

 İnanırırq ki, XXI əsr Azərbaycan türklərinin milli və ərazi bütövlüyünü təmin edilməsi əsri olacaqdır. Bunun üçün ilk növbədə Azərbaycan türkləri təşkilatlanmalı və mübarizəsini davam etdirməlidir:

 - Bütöv Azərbaycan regional və geosiyasi problemlərin həlli, Avropa Birliyinin bir hissəsi olmaqla, Yaxın və Orta Şərqi terrorizm, fanatizm təhlükəsindən xilas edərək sivil, demokratik və açıq cəmiyyətin, demokratiyanın timsalı kimi Avropa, Asiya, Güney, Quzey, Qərb, Şərq yolları üstündə planetar sülh proqramının əsas iştirakçısı olacaq;

 - Bütöv Azərbaycan türk dünyasının coğrafi və etnik-kültürəl birləşməsini təmin etməklə türk dünyasının tarixi problemlərini həll edəcək;

 - Azərbaycanın birləşməsi ilə dünya bölünmüş xalqlar probleminin birindən xilas olacaq və ötən əsrdə Almaniyanın birləşməsi Avropanın bütünləşməsinə səbəb oldusa, Azərbaycanın birləşməsi Avropa ilə Asiyanın, Şərqlə Qərbin bütünləşməsinə səbəb olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı