Daha 50 məktəb “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulacaq

13:31 06-09-2019 | icon 482 | Təhsil
Daha 50 məktəb “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulacaq

2019-2020-ci tədris ilində Bakıda 25, Sumqayıtda 10, Mingəçevirdə 5, Şamaxıda 5, Gəncədə də 5 məktəbin “Rəqəmsal bacarıqlar” layihəsinə cəlbi nəzərdə tutulur.

 

Təhsil Nazirliyindən Versus.Az-a verilən məlumata görə, 2019-2020-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi təxminən 120 məktəb üzrə 70 000 şagirdi əhatə edəcək.

 

Layihəyə yeni qoşulmuş 50 məktəbin təxminən 150 sinfində Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan AzEduNet şirkəti tərəfindən 3000 ədəd kompüter texnikasının quraşdırılması və şəbəkəyə qoşulması üzrə işlər həyata keçirilir.

 

Xatırladaq ki, 2017-2018-ci tədris ilində başlayan layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür