Lənkəranda qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb

18:37 09-09-2019 | icon 400 | Mədəniyyət
Lənkəranda qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb

Lənkəranın Sütəmurdov kəndində həyətyanı sahədə su quyusundan qədim maddi-mədəniyyət nümunələri aşkar edilib. Tapıntıların tədqiqi üçün AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə müraciət olunub.

 

Versus.Az-ın məlumatına görə, Mərkəzin əməkdaşları quyuya baxış keçiriblər. Təqribən eni 1, dərinliyi 5 metr olan quyunun profilində qalınlığı 3 metrdən yuxarı olan mədəni təbəqə aşkarlanıb. Tapıntının orta əsrlərə aid olduğu müəyyən edilib.

 

Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi, a.ü.f.d. Samir Kərimov aşkarlanan materialların 2 qrupa ayrıldığını bildirib. Alimin sözlərinə görə, birinci qrup şirsiz saxsı məmulatıdır. Bunlar orta tutumlu küplər və işıqlandırma vasitələri olan çıraqlardır ki, onlar da əsasən məişətdə istifadə olunub. İkinci qrup saxsı qalığı isə əsasən şirli saxsı məmulatından ibarətdir. Həmin şirli saxsı məmulatının tədqiqi burada XII-XIII əsrlərə aid qalın mədəni təbəqəyə malik yaşayış yerinin mövcud olduğunu göstərir.

 

Mütəxəssisin rəyinə görə, yanğın izləri, saxsı qırıntıları, kömür qalıqları və qalın kül qatı sübut edir ki, hələ ta keçmişdən burada intensiv həyat olub. Sonralar abidənin üzərində kənd yaşayış yeri salındığından mədəni təbəqə qismən də olsa, dağıntılara məruz qalıb.

 

Samir Kərimov əlavə edib ki, bu abidəni Sütəmurdov yaşayış yeri kimi də xarakterizə etmək olar. Tapıntı yeri Lənkəran çayının sahilindən təqribən 700-800 metr aralıda yerləşir. Hələ 2017-ci ildə qonşu Velədi kəndində də orta əsrlərə aid bu cür yaşayış yeri aşkar edilib. Saxsı məmulatının analizi bu iki yaşayış yeri arasında bənzərliyin olduğunu göstərir.

 

Yazılı mənbələrdə Lənkəran şəhərinin əsasının XVII-XVIII əsrlərdə qoyulduğu qeyd olunsa da, əldə olunan, eyni zamanda, təsadüf nəticəsində aşkarlanan maddi-mədəniyyət nümunələri Lənkəran şəhəri yaxınlığında yaşayışın hələ XII-XIII əsrlərdə mövcud olduğunu bir daha sübut edir.

Yeni tapıntılar tədqiq olunması üçün Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinə təqdim olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür