6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

12:18 11-09-2019 | icon 545 | Təhsil
6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

Müşahidələrimiz onu göstərir ki, bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb.

 

C.Bayramov əlavə edib ki, bu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbəri barəsində işlərində verdiyi nöqsana görə intizam tədbirləri tədbiq edilib.

 

Bununla yanaşı, 8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin əmək müqaviləsinə xitam verilib, 29 nəfər direktor və 37 nəfər direktor müavini barəsində intizam tədbirləri tədbiq edilib.

C.Bayramov deyib ki, 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin uzadılmaması barədə qərar qəbul edilib. Buna səbəb onların nəticələrinin davamlı şəkildə aşağı olmasıdır:

"7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür