"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

17:33 11-09-2019 | icon 640 | Siyasət
"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

Tamilla Qulami: "Bu görüşə iqtidar-müxalifət dialoqu adı verib də kimsə özünü aldatmasın"

 

"Bu gün "iqtidar-müxalifət dialoqu" adı verilən bir neçə siyasi partiya görüş keçirib. Təəssüflə qeyd edim ki, bəzi KİV-lər nədənsə bu görüşü "İqtidar-müxalifət dialoqu" kimi təqdim edir. Bəzi partiyalar da "bizi dəvət etmədi" deyib sinəsini döyür".

 

Versus.Az-ın məlumatına görə, bu sözləri bu gün Bakıda siyasi partiya nümayəndələrinin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən "dəyirmi masa" ilə bağlı açıqlamasında Ümid Partiyasının sədr müavini Tamilla Qulami deyib:

 

"Əvvəla qeyd edim ki, Ümid Partiyasını da dəvət etməyiblər və dəvət etsəydilər belə, iştirak etməyəcəkdi. Belə ki, dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır. Fəzail Ağamalı isə hakimiyyət nümayəndəsi deyil, hakimiyyətin dəstəkçisidir. Və... Kimsə bundan özü üçün təbliğat, piar məqsədi kimi də istifadə etməsin ki, təkcə bizi dəvət etməyiblər. Dəvət edilməyənlərdən biri də Ümid Partiyasıdır. Əgər dəvət olunmamaq müxalifətçilikdirsə, bu ayrı mövzudur, yox, əgər dəvət olunmamaq həm də başqa bir şeyə bağlıdırsa, hər kəs özü-özlüyündə bunu aydınlaşdırsın, daha müxalifətçilik sertifikatı kimi sırımasın kimsəyə, heç dəvət olunmağı da".

 

Tamilla Qulami hesab edir ki, Ümid Partiyasını iştirak etməyəcəyini öncədən bildikləri üçün dəvət etməyiblər:

 

"Dəvət etməyiblərsə də, bu o demək deyil ki, iqtidar-müxalifət görüşü baş tutdu. Ona görə də bu görüşə iqtidar-müxalifət dialoqu adı verib də kimsə özünü aldatmasın. Hakimiyyət yetkilisi ilə Ana Vətən Partiyası adlı dəstəkçisinin fərqini bilməyənlərə də keçmiş olsun".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür