"Federasiya Kuboku 2019” yarışlarının qalibləri mükafatlandırılıb

11:39 16-09-2019 | icon 742 | İdman
"Federasiya Kuboku 2019” yarışlarının qalibləri mükafatlandırılıb

Yelkənli İdman Federasiyası (SFA) sentyabr ayının 13-15-i tarixlərində "Federasiya Kuboku"na start verib. Yarış Yelkənli İdman Federasiyasının yelkənçiləri, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Xəzər Yelkənli Qayırlar İdman Klubu və “Dənizçi” Yelkən İdman klubunun yelkənçiləri arasında keçirilib.

 

SFA-dan Versus.Az-a verilən məlumata görə, yarış Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgianninin baş hakimliyi, Federasiyanın baş məşqçiləri Seyhun Yıldız, Tuğçə Subaşının, məşqçi Anton Vilyayevin, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Xəzər Yelkənli Qayıqlar İdman Klubunun direktoru Tatyana Srebnayanın hakimliyi ilə reallaşdırılıb.

 

Optimist, Laser4.7, Laser Radial, Laser Standart sinifləri üzrə keçirilən yarışlarda 30 idmançı iştirak edib. İdmançılardan 18 nəfəri Optimist sinifi, 5 nəfəri Laser 4.7, 3 nəfəri Laser Radial, 4 nəfəri isə Laser Standart sinfi üzrə iştirak edirdi.

Gün ərzində ən azı 3 dəfə açıq dənizə çıxan yelkənçilər "Federasiya Kuboku" uğrunda gərgin mübarizə aparıblar. Peşəkar idmançıların iştirakı ilə keçirilən yarışda çətin hava şəraitində yüksək bacarıq nümayiş etdirilib. Yelkənçilərin göstərdikləri şücaət, nümayiş etdirdikləri professionallıq məşqçi və hakimlərin rəğbəti ilə qarşılanıb.

Yarışın son günü qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Yarışın nəticələrinə görə, Optimist sinifi üzrə Murad Hacı-Zadə (SFA) 1-ci yer, Ayla Babayeva (SFA) 2-ci yer, Fidan Ağazadə (SFA) 3-cü yerin qalibi olub.

Optimist sinifi qızlar arasında keçirilən yarışda Ayla Babayeva (SFA) 1-ci yer, Fidan Ağazadə (SFA) 2-ci yer, Kristina Kərimova (SFA) 3-cü yerin qalibi olub.

Laser4.7 sinifi üzrə yelkənçilər Murad Allahverdi (SFA) 1-ci yer, İsmayıl Kərimov (SFA) 2-ci yer, Fərid Cəfərov (Dənizçi) isə 3-cü yerin qalibi olub.

Laser Radial sinifi üzrə Cavid Kərimov (SFA) 1-ci yer, Aslan Məmmədov (Xəzər) 2-ci yer, Rauf Abdullayev (Xəzər) 3-cü yerin qalibi olub.

Laser Standart sinifi üzrə Mixail Protasov (Xəzər) 1-ci yer, Nikita Vilayev (Dənizçi) 2-ci yer, Vaqif Qasımov (Xəzər) 3-cü yerin qalibi olub.

 

Mükafatlandırılma mərasimində, həmçinin yay məktəbində iştirak edərək məşqlər zamanı yüksək nəticə əldə edən iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olundu. Qeyd edək ki, Yelkənli İdman Federasiyasının (SFA) 3 ay ərzində təşkil etdiyi yay məktəbində 16 uşaq iştirak etmişdi. Bunlardan 7 nəfər isə yüksək nəticə göstərə bilmişdi.

 

Qeyd edək ki, dünya çempionatlarında fotoreportajların hazırlanlamasında yaxından iştirak edən peşəkar fotoqraf Joao Kosta Ferreira Bakıda keçirilən yelkən yarışında qonaq qismində iştirak edib. Bu dəfə Joao Kosta Ferreria Azərtbaycanda keçirilən yelkən yarışından maraqlı, diqqətçəkən fotoreportajlar hazırlayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı