Deputat Namanqanda Azərbaycanla bağlı geniş məruzə edib

13:58 02-10-2019 | icon 1253 | Cəmiyyət
Deputat Namanqanda Azərbaycanla bağlı geniş məruzə edib

Özbəkistanın Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində bu ölkənin Yazıçılar İttifaqının Namanqan şöbəsi, “Kitob dunyasi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Əbədi dostluq” adlı tədbir və millət vəkili Qənirə Paşayevanın Özbəkistanda çıxmış kitabının təqdimat mərasimi keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şəhər hakimiyyətinin, ictimaiyyətinin nümayəndələri, elm, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

 

Tədbiri Namanqan Vilayət hakiminin müavini Paxriddin Matkarimov açaraq dili, mədəniyyəti, adət və ənənələri, dini eyni olan Azərbaycan və Özbək xalqlarının tarix boyu dostluğu və əməkdaşlığından danışmış, bu əlaqələrin müstəqillik dövründə strateji partnyorluq səviyyəsinə yüksəldiyini bildirib. Natiq Özbəkistanın regionları ilə Azərbaycanın regionları arasında birbaşa əlaqələrin yaradılması, tarixi ənənələrin davam etdirilməsi, qarşılıqlı olaraq milli mədəniyyətimizin, ədəbiyyatımıza həsr olunmuş tədbirlərin təşkili və ölkələrimizin qarşı tərəfdə tanıdılmasının vacib məsələ olduğunu vurğulayıb və bu mənada millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın Namanqana səfəri, keçirdiyi görüşləri və müəllifi olduğu kitabın Özbəkistanın 2-ci ən böyük şəhəri olan Namanqanda təqdimatının keçirilməsini yüksək qiymətləndirib.

 

Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti, Yazıçılar İttifaqının tərcümə bölməsinin rəhbəri, tanınmış Namanqanlı Adxambek Alimbekov Azərbaycanla ədəbi əlaqələrin daim prioritet olduğunu, şairlərimizin daim bir-birindən ilham aldığını və böyük əsərlər yaratdığını qeyd etmiş, müstəqillik dövründə də Azərbaycanla ədəbi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib. Artıq Azərbaycan ədəbiyyatından çoxsaylı tərcümə əsərlərinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək dilinə tərcümə edildiyi və Daşkənddə çap edildiyini söyləyən alim Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın fəaliyyəti haqqında və Özbəkistanda çapdan çıxmış kitabı haqqında geniş məruzə ilə çıxış edib.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin direktoru Samir Abbasov Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlıların fəaliyyətinə nəzər salıb, azərbaycanlıların daim Özbəkistanın çiçəklənməsi üçün çalışdıqlarını qeyd edib. Diplomat iki ölkənin regionları, onların təhsil, mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, müəllim, tələbə və mütəxəssislərin qarşılıqlı mübadiləsinin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. O, dostluq əlaqələrinin genişləndirilməsində millət vəkilləri, şair və yazıçıların, ictimaiyyət nümayəndələrinin böyük rolu olduğunu söyləyib.

 

Millət vəkili Qənirə Paşayeva tədbirdə Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı geniş məruzə ilə çıxış edib. O, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bu dostluğun, qardaşlığın əsas göstəricisi kimi xarici ölkələrdə ilk Azərbaycan Mədəniyyət Mərkəzinin məhz Özbəkistanda yaradıldığını qeyd edib. O, qardaş Özbəkistanın Türk Şurasına üzv olmağını Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini və gələcək əməkdaşlıqda bu amilin yeni imkanlar yaradacağını söyləyib. Millət vəkili əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin reallaşdırılmasının zəruri olduğunu vurğulayıb. O, Özbəkistanda Özbək dilində kitabının nəşr olunduğundan məmnunluq hissi keçirdiyini deyib və əməyi keçənlərə təşəkkürünü bildirib.  Millət vəkili Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrin tarixi köklərindən, bu günə qədər gələn yol, bu istiqamətdə böyük işlər görmüş böyük şəxsiyyətlərimiz barədə geniş danışıb. Bildirib ki, bu əlaqələri, əməkdaşlığı daha da genişləndimək lazımdır. Millət vəkili bu istiqamətdə təkliflərlə çıxış edib.

 

Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları, Xocalı Soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyən millət vəkili deyib ki, məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır. O, yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şair, yazar, aydınlarına təşəkkürünü bildirib. Qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını vurğulayan millət vəkili bildirdi ki, Özbəkistan prezidenti Şevket Mirziyoyevin sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addım oldu. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək.

Milli Məclisin deputatı ədəbi-mədəni əlaqələrimizin inkişafına xidmət edən daha çox tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacib olduğunu vurğulayib. Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var deyən Q.Paşayeva iki qardaş ölkənin aydınları, alimləri, elm, mədəniyyət xadimləri, QHT and KİV qurumları  arasında ortaq layihələrin həyata keçirilməsinin artmasının vacibliyini qeyd edib, bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır deyib. Türk dövlət və toplumları arasında birliyin güclənməsinin bütün Türk dövlətləri üçün vacib olduğunu xüsusi vurğulayan millət vəkili bu birliyin güclənməsində şair, yazar, aydınların, jurnalistlərin üzərinə düşən vəzifələrlə bağlı geniş fikirlərini də bildirib. 

 

Q.Paşayeva Azərbaycanın tarixi, mədəniyyətinə dair materialları Namanqan Vilayət hakiminin müavini Paxriddin Matkarimova və Özbəkistanın tanınmış aydınlarına hədiyyə edib.
Özbəkistanın “Kitob dunyasi” qəzetinin Baş redaktoru, şair Xasiyyət Rüstəm Azərbaycanla ədəbi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə rəhbərlik etdiyi qəzetin hər sayında Azərbaycan ədəbiyyatına geniş yer ayırdığını və bununla da iki ölkə arasında dostluğa, ədəbi əlaqələrə töhvə verdiklərini bildirib. Naşir millət vəkili Qənirə Paşayevanın kitabının Özbəkistanda özbək türkcəsində çap etməkdən və bir çox vilayətlərdə təqdimat və görüşləri təşkil etməkdən məmnuniyyət duyduğunu deyib və bu cür layihələrin iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına müsbət töhfələr verdiyini vurğulayaraq onların sayını daha da artıracayıq deyib.

 

Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərbaz Hüseynoğlu, Bakıdakı “Hədəf” liseyinin direktoru Şamil Əliyev ədəbiyyat və mədəniyyət xadimlərinin, şair və yazıçılar arasında əməkdaşlığın genişləndirməsi, əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüblər.

 

Qeyd edək ki, tədbirdə Azərbaycan ədəbiyyatına dair, habelə Qənirə Paşayevanın Özbək dilinə tərcümə olunmuş kitabının sərgisi nümayiş etdirilmiş, kitabı təqdimatı keçirilmiş və Q.Paşayevanın  sözlərinə özbək bəstəkarlarının bəstələdiyi mahnılar səsləndirilib.

 

Tədbirdən sonra Q.Paşayeva Namanqanın fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb.

 

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın rəhbərlik etdiyi heyət Namanqanın tarixi, mədəni abidələrini, bir sıra önəmli elm, təhsil, ədəbiyyat mərkəzlərini də ziyarət edib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...