Sənədsiz evlərlə bağlı YENİLİK

22:53 01-05-2024 | icon 346 | Sosial
Sənədsiz evlərlə bağlı YENİLİK

“Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb”.

 

Bunu “XəzərXəbər”ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib.

 

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 min 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

 

Departament direktoru sənədsiz evlərlə bağlı məsələyə də toxunub.

 

Prosesin davam etdiyini deyən Lalə Əkbərova evlərə çıxarışların müəyyən sənədlər əsasında verildiyini bildirib.

 

Onun sözlərinə görə, sovet dövründə və müstəqilliyin ilk illərində verilən sənədlər hüquqmüəyyənedici olmadığına görə, vətəndaşlar daşınmaz əmlaklarını qeydiyyata aldıra bilməyiblər.

 

Əmlak Məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, hazırda həyət evləri ilə bağlı amnistiya işləri aparılır. Onun sözlərinə görə, bununla bağlı xüsusi portalın istifadəyə verilməsi nəzərdə tutulur.

 

Ekspert əlavə edib ki, gələcəkdə müəyyən sənədləri olan əmlakların qeydiyyat prosesi daha sürətli şəkildə aparılacaq.

 

Ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qarşımızda yeni hədəflər, yeni çağırışlar var”

Qənirə Paşayevasız 1 il...

“Mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamının doğurduğu REALLIQ

“Qənirə Paşayeva - İTHAF” - SƏRGİ

Siyasətçilərin də axışdıqları Vudu bazarı

UEFA "Barselona" klubunu cəzalandırdı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

Ən çox və ən az kredit verən BANKLAR