Ümid Partiyası Bələdiyyə seçkilərində iştiraka qərar verdi!

16:51 26-10-2019 | icon 388 | Siyasət
Ümid Partiyası Bələdiyyə seçkilərində iştiraka qərar verdi!

6 oktyabr 2019-cu ildə Ümid Partiya Ali Məclisinin növbəti sessiyası keçirildi. Azərbaycan dövlət himni oxunduqdan və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edldikdən sonra sessiya öz işinə başladı.

 

Bu barədə Versus.Az-a Ümid Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Ali Məclisin sədri Rəfail Tağızadə gündəlikdə olan məsələni Məclis üzvlərinin diqqətinə çatdırdı. Çıxış üçün söz partiyanın sədri İqbal Ağazadəyə verildi. Sədr ölkədə və regionlardakı ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr, seçkilərdə iştirakla bağlı geniş məruzə ilə çıxış etdi. 23 dekabr 2019-cu il Bələdiyyə seçkilərindən danışan İqbal Ağazadə seçkilərdə iştirakın vacibliyini bildirdi.

 

“Biz 2004-cü ilin Bələdiyyə və son növbədənkənar Prezident seçkiləri xaric, digər bütün seçkilərdə iştirak etmişik. Biz seçkidə ona görə iştirak edirik ki, vətəndaşlarda seçki mədəniyyətini və seçki vərdişlərini formalaşdıraq. Partiya qərar verəcəksə, hər kəsin bu qərarın icrası üçün çalışması vacibdir”.

 

Ali Məclis 23 dekabr 2019-cu ildə keçiriləcək Azərbaycan Respublikasının Bələdiyyə seçkilərində Ümid Partiyasının iştirak etməsi ilə bağlı qərar qəbul etdi. Ümid Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri, səlahiyyətli şəxs olaraq Ümid Partiyası adından çıxış etmək, lazımi sənədləri imzalamaq hüququ haqqında müvafiq qərarlar qəbul edildi.

 

Bununla da Ali Məclis öz işini bitirdi.

 

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ