Paşinyan "razıyam" deyir

15:03 07-05-2024 | icon 203 | Dünya
Paşinyan "razıyam" deyir

Noyabra qədər sülh müqaviləsi imzalana bilər

 

Ermənistanın baş naziri Nikol Paşinyan noyabra qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması ideyası ilə razıdır.

 

Versus.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.

 

Qeyd olunub ki, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

 

Ermənistanın baş naziri  iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişə ümid etdiyini bildirib.

 

Qeyd edək ki, görüş mayın 10-da baş tutacaq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıdakı danışıqlarda İrəvan və Bakının öhdəliklərinin yazılı şəkildə qeydə alınacağına ümid etdiyini bildirib. "Biz inanırıq ki, Almatıda danışıqlar zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə qeyd etmək imkanı olacaq", - Mirzoyan Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə keçirdiyi mətbuat konfransında deyib.
 

O, həmçinin danışıqların “irəli addım” olacağına, “hər iki tərəfin öz öhdəliklərinə sadiq qalacağına”, işçi qrupların Ermənistan və Azərbaycan üçün vacib olan məsələlərin təfərrüatlarını müzakirə etməyə davam edəcəyinə ümidli olduğunu söyləyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq