“Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçiriləcək

13:43 05-11-2019 | icon 461 | Mədəniyyət
“Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçiriləcək

Dekabrın 17-də Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçiriləcək.

 

Versus.Az xəbər verir ki, konsert proqramında dünya şöhrətli bəstəkarlar V.A.Motsart, İ.S.Bax, A.Arenski və D.Şostakoviçin əsərləri ifa olunacaq.

 

Orkestrin bədii rəhbəri və dirijor Aleksandr Rudin (violonçel), Aleksey Volodin (piano) və Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış edəcəklər.

 

Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

“Musica Viva” Moskva Kamera Orkestri 1978-ci ildə yaradılıb. 1988-ci ildən indiyədək orkestrə dirijor, violonçel ifaçısı və pianoçu Aleksandr Rudin rəhbərlik edir. “Musica Viva” müxtəlif janrlarda ifa edən universal musiqi kollektividir. Orkestrin geniş repertuarına rus və qərb klassiklərinin nadir ifa olunan əsərləri, eləcə də müasir müəlliflərin bəstələri daxildir. “Musica Viva” son 10 il ərzində uğurla böyük layihələr həyata keçirir – opera və oratoriyaları tanınmış müğənni və dirijorların iştirakı ilə konsert şəklində təqdim edir.

 

“Musica Viva” beynəlxalq musiqi festivallarının daimi iştirakçısıdır. Orkestr Almaniya, Belçika, Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, İspaniya, İtaliya, Latviya, Niderland, Sloveniya, Tayvan, Türkiyə və Yaponiya qastrollarda olub. Müxtəlif səsyazma şirkətlərində onlarla diski buraxılıb.

 

Aleksandr Rudin Rusiya Federasiyasının Xalq artisti, Dövlət mükafatı laueratıdır. Dünya şöhrətli violonçel ifaçısı, simfonik və kamera orkestrləri ilə əməkdaşlıq edən dirijor, pianoçu, pedaqoq-tədqiqatçı, kamera əsərlərinin orkestr redaksiyasının müəllifidir. Onun repertuarı sərhədsizdir - violonçel üçün 400 il ərzində yaradılmış həm məşhur, həm də heç vaxt ifa olunmayan əsərləri əhatə edir.

 

Aleksey Volodin Rusiya fortepiano məktəbinin ən istedadlı, müstəsna texniki ustalıqlara malik nümayəndələrindən biridir. 2003-cü ildə Sürixdə Geza Anda adına beynəlxalq pianoçular müsabiqəsində qələbəsindən sonra dünyanın müxtəlif şəhərlərinin nüfuzlu konsert zallarında uğurla çıxış edir.

 

Truba ifaçısı Andrey Yerşov 2011-ci ildə Moskva Dovlət Konservatoriyasını bitirib. Hazırda K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solistidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ