SOCAR dənizdən 420 işçisini təxliyə edib

14:27 02-12-2019 | icon 519 | İqtisadiyyat
SOCAR dənizdən 420 işçisini təxliyə edib

Azərbaycan ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.

 

Versus.Az xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

 

Onun sözlərinə görə, təxliyə prosesinin təşkilində şirkət lazımı təhlükəsizlik tədbirlərini təmin edib.

“Hava şəraiti normallaşandan sonra əməkdaşlarımız iş yerlərinə qaytarılacaq”, - deyə İ. Əhmədov əlavə edib.

 

Bundan başqa, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mehman Mehdiyev bildirib ki, ASCO-nun donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

 

“Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb”, - deyə M. Mehdiyev əlavə edib.

 

O həmçinin bildirib ki, xəbərdarlıqda qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ