Mamamsız heç yerə getmək istəmirəm

11:11 08-07-2017 | icon 822 | Uşaq Dünyası
Mamamsız heç yerə getmək istəmirəm

Ayla Nəcəfli

Salam dostlar. Mən gəldim. Artıq tətildəyik. İndi sizə yay tətilində hara gedəcəyimi  yazacam. Əvvəlcə planlaşdırmışdım ki, 1 ay Pirşağıda öz evimizdə, 1 ayın da yarısını Bərdədə nənəmgildə, yarısını Beyləqanda Atlas xalamgildə qalım. Bərdədə mənim bir dostum var, adı Fatimədir. O, çox mehriban və səxavətlidir. Heyifsilənirəm ki, bu yay tətilində onunla görüşəmüyəcəm.

Mənim sinif yoldaşım Svetlana da mehriban, əiaçıqdır. Biz bir-birimizlə bir gün də olsun küsülü qala bilmirik. Bəzən bizə elə gəlir ki, dünyanın ən mehriban və səxavətli dostları elə bizik.

Mən müəllimlərimi və məktəbimizi çox sevirəm. Məktəb mənə bir zövq verir, tətil isə bir başqa zövq. Budur, sinif yoldaşlarımın hamısı yay tətillərini hansısa kənddə, rayonda, şəhərdə qohumlarıgildə keçirirlər. Onlarsız binamızın həyəti sanki boşdur.

Mən hazırda bu yazımı Göradildə, Mirvari xalamgildə yazıram. Xalamın həyətində çoxlu meyvə ağacları və qızılgülləri var.

Doğrudur, sözümü tuta bilmədim. Demişdim ki, Bərdəyə, Beyləqana gedəcəm. Getmədim. Özüm getmədiyimə görə də bacım Leylanın getməsinə də mane oldum. Yəni qaş-qabağımı salladım, üzüntülü görkəmdə bacıma yazıq-yazıq baxdım ki, yəni məni tək qoyub getmə. Mən mamamsız kəndə gedə bilmirəm. Ümumiyyətlə heç hara onsuz getmək istəmirəm. Nə gizlədim, mamamsız qala bilməyəcəyimə görə getmədim nənəmgilə. Həm də mamam dedi ki, orda kol-kosun içinə girərsiz ilan sizi çalar. Mamam bizə görə narahat olur. Amma Bərdədəkiləri, Beyləqandakıları çox görmək istərdim.

Beləcə, sinifimizdən bircə dostum Svetlanayla mən hərdən Bakının yaxın kəndində yaşayan qohumgilə kedirik. Svetlana mamasından kənarda qala bilir heç olmasa. Mən isə mamamsız uzağı 1 gün yarım qala bilirəm. Bax əgər mən mamamdan ayrı qalmağı bacarsaydım, çoxdan nənəmgildə yaşayırdım indi. Orda həyat daha maraqlı keçir.

Düşünürəm ki, böyüdükcə mamamdan kənarda müvəqqəti yaşamağa öyrəşəcəm. Böyüklər belə deyir, nə bilim, onu böyüyəndə görəcəyik.

Hə, bir də atam məni çimərliyə aparmağa söz verib. Söz verdisə edəcək. Amma küləklər imkan vermir ki…

Bu qədər. Görüşünüzə gəlməyimi istəyirsinizsə, məni çox oxuyun. Sağ olun. Öpdüm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ